https://sputnik.az/20240729/son-50-ilde-en-cox-sel-hadisesi-bu-il-qeyde-alinib-466364097.html
Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb
Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb
Sputnik Azərbaycan
Son iki gün ərzində yağan intensiv yağış nəticəsində Gəncəçayda suyun səviyyəsi artıb ki, bu da son illər ərzində maksimal göstəricidir. 29.07.2024, Sputnik Azərbaycan
2024-07-29T18:41+0400
2024-07-29T18:41+0400
2024-07-29T18:41+0400
sel
cəmiyyət
su
çay
milli hidrometeorologiya xidməti
rəis
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458426679_0:150:1600:1050_1920x0_80_0_0_75999932fa90a325e385b9a9f8bcc8ad.jpg
BAKI, 29 iyul — Sputnik. Son illər dünyada anomal təbiət hadisələrinin sayında artım müşahidə olunur. Şübhəsiz bu da dünyada baş verən iqlim dəyişikliyi ilə bağlıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.Xidmət rəisi bildirib ki, ölkəmizdə də belə anomal təbiət hadisələrinin sayı artıb: N.Mahmudov onu da qeyd edib ki, son dövrlərdə çaylarda baş verən sel hadisələrinin sayında əhəmiyyətli artım müşahidə olunur."Müqayisə üçün deyə bilərik ki, ötən ilin may, iyun və iyul ayları ərzində ümumi olaraq 87 sel hadisəsi qeydə alınmışdısa, bu ilin analoji ayları üzrə 102 sel hadisəsi baş verib. Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb", - xidmət rəisi qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/08/458426679_0:0:1600:1200_1920x0_80_0_0_4b62754d7645567e1b9086fbd10d0197.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sel, su, çay, milli hidrometeorologiya xidməti, rəis, azərbaycan
sel, su, çay, milli hidrometeorologiya xidməti, rəis, azərbaycan
Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb
Son iki gün ərzində yağan intensiv yağış nəticəsində Gəncəçayda suyun səviyyəsi artıb ki, bu da son illər ərzində maksimal göstəricidir.
BAKI, 29 iyul — Sputnik. Son illər dünyada anomal təbiət hadisələrinin sayında artım müşahidə olunur. Şübhəsiz bu da dünyada baş verən iqlim dəyişikliyi ilə bağlıdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Xidmət rəisi bildirib ki, ölkəmizdə də belə anomal təbiət hadisələrinin sayı artıb:
"Belə ki, son illər havanın temperaturunun normadan artıq olması, eyni zamanda yağıntıların miqdarında, sel və daşqınların sayında artım özünü daha çox biruzə verir. Son bir neçə gündür ki, ölkəmizdə iyul ayına xas olmayan qeyri-sabit hava şəraiti hökm sürür. Əksər bölgələrdə, xüsusən Daşkəsən-Gədəbəy, Qazax–Gəncə, Balakən-Şəki, Lənkəran-Astara bölgələrində intensiv yağış yağıb. Leysan xarakterli yağış nəticəsində ölkənin bir çox çaylarından sel keçib. Son iki gün ərzində yağan intensiv yağış nəticəsində Gəncəçayda suyun səviyyəsi artıb ki, bu da son illər ərzində maksimal göstəricidir".
N.Mahmudov onu da qeyd edib ki, son dövrlərdə çaylarda baş verən sel hadisələrinin sayında əhəmiyyətli artım müşahidə olunur.
"Müqayisə üçün deyə bilərik ki, ötən ilin may, iyun və iyul ayları ərzində ümumi olaraq 87 sel hadisəsi qeydə alınmışdısa, bu ilin analoji ayları üzrə 102 sel hadisəsi baş verib. Son 50 ildə ən çox sel hadisəsi bu il qeydə alınıb", - xidmət rəisi qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.