https://sputnik.az/20240729/dn-cinayet-toretmekde-subheli-bilinenleri-saxlayib-466351361.html
DİN cinayət törətməkdə şübhəli bilinənləri saxlayıb
DİN cinayət törətməkdə şübhəli bilinənləri saxlayıb
Sputnik Azərbaycan
Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib. 29.07.2024, Sputnik Azərbaycan
2024-07-29T13:53+0400
2024-07-29T13:53+0400
2024-07-29T13:53+0400
din
cinayət
cəmiyyət
xəsarət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0c/425700701_0:0:1200:676_1920x0_80_0_0_7477487b18b76bed2807a3ecb5a17063.jpg
BAKI, 29 iyul — Sputnik. İyulun 27-də və 28-də ölkə ərazisində qeydə alınan 89, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupunun məlumatına görə isə, Qəbələ rayonunda 2021-ci il dekabrın 25-də 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb. Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0c/0c/425700701_133:0:1200:800_1920x0_80_0_0_3a462e6f843dfe33779ca9f2848ecad3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
din, cinayət, xəsarət, azərbaycan
din, cinayət, xəsarət, azərbaycan
DİN cinayət törətməkdə şübhəli bilinənləri saxlayıb
Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.
BAKI, 29 iyul — Sputnik. İyulun 27-də və 28-də ölkə ərazisində qeydə alınan 89, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 66, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupunun məlumatına görə isə, Qəbələ rayonunda 2021-ci il dekabrın 25-də 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovun qeyri-aşkar şəraitdə almış olduğu xəsarətdən daxil olduğu xəstəxanada ölməsi faktına görə cinayət işi başlanılıb.
Bildirilib ki, polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilən tədbirlər nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qısqanclıq zəminində B.Salahova kəsici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib. M.Sultanov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.