https://sputnik.az/20240729/cenubi-koreya-ve-kxdr-arasinda-mumkun-genismiqyasli-munaqise-ile-bagli-iqtisadi-proqnoz-466352657.html
Cənubi Koreya və KXDR arasında mümkün genişmiqyaslı münaqişə ilə bağlı iqtisadi proqnoz
Cənubi Koreya və KXDR arasında mümkün genişmiqyaslı münaqişə ilə bağlı iqtisadi proqnoz
Sputnik Azərbaycan
Məqalədə münaqişənin ilk ilində Cənubi Koreyada ÜDM-nin 37,5% azalacağı proqnozlaşdırılır. 29.07.2024, Sputnik Azərbaycan
2024-07-29T21:45+0400
2024-07-29T21:45+0400
2024-07-29T21:45+0400
cənubi koreya
dünya xəbərləri
şimali koreya
münaqişə
çip
"bloomberg" agentliyi
çin
abş
ümumi daxili məhsul (üdm)
https://cdnn1.img.sputnik.az/img/07e7/04/14/454009720_0:320:3072:2048_1920x0_80_0_0_0cae3c283fd42494fff85b7179315807.jpg
BAKI, 29 iyul — Sputnik. Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya arasında baş verəcək genişmiqyaslı hərbi toqquşma ilk ilində qlobal iqtisadiyyata 4 trilyon dollar və ya qlobal ÜDM-in 3,9%-nə başa gələ bilər. Bu barədə Bloomberg təhlilə istinadən yazır. Məqalədə münaqişənin ilk ilində Cənubi Koreyada ÜDM-nin 37,5% azalacağı proqnozlaşdırılır. Eyni zamanda qeyd olunur ki, Çin ÜDM-nin 5%-ni, ABŞ isə 2,3%-ni itirəcək.İtkilər Cənubi Koreyanın belə vəziyyətdə yarımkeçiricilərin istehsalını və onların qonşu dövlətlərə çatdırılması üçün logistik marşrutların təhlükəsizliyini təmin edə bilməməsi ilə əsaslandırılır.Hazırda Cənubi Koreya DRAM çiplərinin 41%-ni və NAND çiplərinin 33%-ni istehsal edir. Eyni zamanda, Bloomberg qeyd edir ki, bu miqyasda münaqişənin baş vermə ehtimalı çox aşağıdır, lakin sıfıra bərabər deyil. Məlumata görə, Şimali Koreyada təkpartiyalı sistemin hipotetik süqutundan dünya iqtisadiyyatı ÜDM-in 0,5%-ni itirəcək. Cənubi Koreya da öz növbəsində ÜDM-də 2,5%, Çin 0,5%, ABŞ isə 0,4% azalma ilə üzləşəcək. Belə bir ssenaridə əsas problem ölkənin nüvə silahlarına nəzarət olacaq. Çünki Koreya qoşunları ilə yanaşı, ABŞ və Çin də qarşıdurmaya cəlb olunacaqlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/14/454009720_63:0:2794:2048_1920x0_80_0_0_f5e8a91684be3c64686a8e4e0a71ef8f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
cənubi koreya, şimali koreya, münaqişə, çip, "bloomberg" agentliyi, çin, abş, ümumi daxili məhsul (üdm)
cənubi koreya, şimali koreya, münaqişə, çip, "bloomberg" agentliyi, çin, abş, ümumi daxili məhsul (üdm)
Cənubi Koreya və KXDR arasında mümkün genişmiqyaslı münaqişə ilə bağlı iqtisadi proqnoz
Məqalədə münaqişənin ilk ilində Cənubi Koreyada ÜDM-nin 37,5% azalacağı proqnozlaşdırılır.
BAKI, 29 iyul — Sputnik. Koreya Xalq Demokratik Respublikası (KXDR) və Cənubi Koreya arasında baş verəcək genişmiqyaslı hərbi toqquşma ilk ilində qlobal iqtisadiyyata 4 trilyon dollar və ya qlobal ÜDM-in 3,9%-nə başa gələ bilər. Bu barədə Bloomberg təhlilə istinadən yazır.
"Koreya yarımadasında tammiqyaslı münaqişə cəlb olunması milyonlarla insanın ölümünə səbəb ola bilər və birinci ildə qlobal iqtisadiyyata 4 trilyon dollar və ya qlobal ÜDM-in 3,9%-nə başa gələ bilər", - nəşr bildirir.
Məqalədə münaqişənin ilk ilində Cənubi Koreyada ÜDM-nin 37,5% azalacağı proqnozlaşdırılır. Eyni zamanda qeyd olunur ki, Çin ÜDM-nin 5%-ni, ABŞ isə 2,3%-ni itirəcək.
İtkilər Cənubi Koreyanın belə vəziyyətdə yarımkeçiricilərin istehsalını və onların qonşu dövlətlərə çatdırılması üçün logistik marşrutların təhlükəsizliyini təmin edə bilməməsi ilə əsaslandırılır.
Hazırda Cənubi Koreya DRAM çiplərinin 41%-ni və NAND çiplərinin 33%-ni istehsal edir. Eyni zamanda, Bloomberg qeyd edir ki, bu miqyasda münaqişənin baş vermə ehtimalı çox aşağıdır, lakin sıfıra bərabər deyil.
Məlumata görə, Şimali Koreyada təkpartiyalı sistemin hipotetik süqutundan dünya iqtisadiyyatı ÜDM-in 0,5%-ni itirəcək. Cənubi Koreya da öz növbəsində ÜDM-də 2,5%, Çin 0,5%, ABŞ isə 0,4% azalma ilə üzləşəcək.
Belə bir ssenaridə əsas problem ölkənin nüvə silahlarına nəzarət olacaq. Çünki Koreya qoşunları ilə yanaşı, ABŞ və Çin də qarşıdurmaya cəlb olunacaqlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.