https://sputnik.az/20240729/bolgeler-turist-celb-etmekde-bakiya-uduzur--deputat-466358155.html
Bölgələr turist cəlb etməkdə Bakıya uduzur -Deputat
Bölgələr turist cəlb etməkdə Bakıya uduzur -Deputat
Sputnik Azərbaycan
, deyib ki, turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. 29.07.2024, Sputnik Azərbaycan
2024-07-29T19:01+0400
2024-07-29T19:01+0400
2024-07-29T19:01+0400
turist
iqtisadiyyat
bölgə
azərbaycan
paytaxt
bakı
nəfər
https://cdnn1.img.sputnik.az/img/41141/61/411416182_0:77:2001:1202_1920x0_80_0_0_a2278af110dcb41d5837591fa5e1f623.jpg
BAKI, 29 iyul — Sputnik. "Azərbaycana gələn turistlərin 82.5 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 tursitdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedirlər". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. O, deyib ki, turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır. "Azərbaycana gələnlərin 5.0 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici tursitlərin 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb". Deputat əlavə edib ki. bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar:Qeyd edək ki, 2024-cü ilin birinci yarısında hotellərdə gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq 1 milyon 852 min olub. Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabranda, 2,0 faizi Lənkəranda, 1,2 faizi Xaçmazda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 37,1 faiz artaraq 1 miyon 81 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,4 faizini təşkil edir.Gecələmələrin ümumi sayının 21,1 faizi Hindistan, 14,6 faizi, 7,8 faizi Türkiyə, 6,6 faizi Səudiyyə Ərəbistanı, 5,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,3 faizi ABŞ, 2,8 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,4 faizi Böyük Britaniya, 2,2 faizi Çin, 2,1 faizi İsrail, 2,1 faizi Özbəkistan, 2,1 faizi Pakistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 22,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41141/61/411416182_293:0:2000:1280_1920x0_80_0_0_8d00131911841d5263e4775314eafa68.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
turist, bölgə, azərbaycan, paytaxt, bakı, nəfər
turist, bölgə, azərbaycan, paytaxt, bakı, nəfər
Bölgələr turist cəlb etməkdə Bakıya uduzur -Deputat
, deyib ki, turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır.
BAKI, 29 iyul — Sputnik. "Azərbaycana gələn turistlərin 82.5 faizi Bakı şəhərinə üstünlük verirlər. Bu o deməkdir ki, ölkəyə gələn hər 10 tursitdən cəmi 2-si Bakıdan kənara, rayonlara gedirlər".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu sözləri millət vəkili Vüqar Bayramov bildirib. O, deyib ki, turistlərin ikinci ən çox üstünlük verdiyi rayon Qusardır.
"Azərbaycana gələnlərin 5.0 faizi sözügedən rayonda qalıblar. Bütövlükdə, xarici tursitlərin 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalanda, 2,9 faizi Qubada, 0,5 faizi Şabranda, 1,6 faizi faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb".
Deputat əlavə edib ki. bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar:
"Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını hələ də tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiymətinin yüksək olması və keyfiyyətdə paytaxtdan geri qalması da xarici turist cəlbinə təsir göstərir".
Qeyd edək ki, 2024-cü ilin birinci yarısında hotellərdə gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq 1 milyon 852 min olub. Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalanda, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabranda, 2,0 faizi Lənkəranda, 1,2 faizi Xaçmazda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 37,1 faiz artaraq 1 miyon 81 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,4 faizini təşkil edir.
Gecələmələrin ümumi sayının 21,1 faizi Hindistan, 14,6 faizi, 7,8 faizi Türkiyə, 6,6 faizi Səudiyyə Ərəbistanı, 5,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,3 faizi ABŞ, 2,8 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,4 faizi Böyük Britaniya, 2,2 faizi Çin, 2,1 faizi İsrail, 2,1 faizi Özbəkistan, 2,1 faizi Pakistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 22,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.