Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın bank sektoru ilin birinci yarısında necə dəyişib

Abunə olmaq
Bu ilin altı ayı ərzində Azərbaycan bank sektorunun aktivləri 11,3% artıb. Ölkənin bank sektorunun necə dəyişdiyi barədə ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Cari ilin birinci yarısında Azərbaycanın bank sektoru 614 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur.
Bundan əlavə, altı ayda respublikanın bank sektorunun aktivləri 50,3 milyard manat təşkil edib ki, bu da bir il əvvəlkindən 11,3% çoxdur.
Eyni zamanda, müştərilərə verilmiş kreditlər bank aktivlərinin 23,9 milyard manatını təşkil edib. Qeyd edək ki, bu dövrdə bank sektorunun kredit portfeli 19,5%, kreditlərin aktivlərdə xüsusi çəkisi isə 44,4%-dən 47,6%-ə yüksəlib.
Bu ilin altı ayı ərzində bank sektorunun öhdəlikləri 12,2% artaraq 44 milyard manatdan çox olub. Bununla yanaşı, depozit portfeli 9,8% artaraq 35,1 milyard manata çatıb ki, bunun da 13,8 milyard manatı fiziki şəxslərin, 21,3 milyard manatı isə hüquqi şəxslərin əmanətlərinin payına düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0