Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ-də kənd təsərrüfatı istehsalçıları qiymətlərı azaldıblar

© Sputnik / Алексей МайшевAİİ
Aİİ - Sputnik Azərbaycan, 1920, 29.07.2024
Abunə olmaq
Aİİ, ŞƏT və BRİKS arasında dialoq yeni dünya düzəninin formalaşması üçün platformaya çevrilə bilər.
BAKI, 29 iyul — Sputnik. Avrasiya İqtisadi İttifaqında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 2024-cü ilin iyun ayında 2024-cü ilin may ayı ilə müqayisədə 99,2%, 2023-cü ilin dekabrında isə 97,7% təşkil edib.
Avrasiya İqtisadi Komissiyasının (AİK) mətbuat xidməti bu barədə məlumat verib.
AİK mətbuat xidmətinin iyulun 29-da verdiyi məlumata görə, ilin əvvəlindən Avrasiya İqtisadi İttifaqında (Aİİ) kənd təsərrüfatı məhsulları istehsalçıları qiymətləri 2,3% azaldıblar.

"Aİİ-də kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 2024-cü ilin iyun ayında 2024-cü ilin may ayı ilə müqayisədə 99,2%, 2023-cü ilin dekabrı ilə müqayisədə isə 97,7% təşkil edib", - hesabatda bildirilib.

Bununla yanaşı, AİK-in məlumatına görə, ötən ilin iyun ayı ilə müqayisədə Aİİ ölkələrində kənd təsərrüfatı məhsulları istehsalçılar qiymətləri 8,9% artırıblar.
"2024-cü ilin iyun ayında 2023-cü ilin dekabr ayı ilə müqayisədə bitkiçilik məhsullarının istehsalçı qiymətləri 3,3 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,1 faiz ucuzlaşıb", - əlavə edilib.
Bundan əvvəl Avrasiya İqtisadi Komissiyası xarici borcun azaldılması ilə bağlı məlumat yayıb.
2024-cü ilin birinci rübü üçün bu rəqəm 55 milyard dollar azalıb ki, bu da bir il əvvəlkindən 9,4% azdır.
Hazırda bu rəqəm, təxminən 528 milyard dollardır.
Qeyd edək ki, bu gün Regionlar Palatasında keçirilən dəyirmi masada Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib ki, hazırda Aİİ artıq Vyetnam və İran kimi ölkələrlə azad ticarət sazişləri imzalayıb, İndoneziya, Hindistan, Misir və bir sıra başqa ölkələrlə bu sahədə danışıqlar aparılır.
Senator əmindir ki, Aİİ, ŞƏT BRİKS arasında dialoq yeni dünya düzəninin formalaşması üçün platformaya çevrilə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0