https://sputnik.az/20240728/qaz-saygaclarinin-yoxlanilmasi-azeriqaz-b-den-alinir-466276620.html
Qaz sayğaclarının yoxlanılması "Azəriqaz" İB-dən alınır
Qaz sayğaclarının yoxlanılması "Azəriqaz" İB-dən alınır
Sputnik Azərbaycan
Ekspertin fikrincə, qaz sayğaclarının yoxlanılmasının Azərbaycan Metrologiya İnstitutuna verilməsi bu sahədə "Azəriqaz"İstehsalat Birliyinin sayğacların... 28.07.2024, Sputnik Azərbaycan
2024-07-28T09:58+0400
2024-07-28T09:58+0400
2024-07-28T09:58+0400
qaz sayğacı
cəmiyyət
azərbaycan dövlət neft şirkəti
azərbaycan dövlət neft şirkəti
"azəriqaz"
socar
antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216795_0:222:3072:1950_1920x0_80_0_0_750210e21701eb35b545b9f79abd524c.jpg
BAKI, 28 iyul — Sputnik. Azərbaycan Metrologiya İnstitutu qaz sayğaclarının yoxlanılmasına görə ödəniləcək məbləğləri açıqlayıb. Sputnik Azərbaycan-ın sorğusuna qurumdan bildirilib ki, laboratoriyada ölçmə vasitələrinin yoxlanılması, sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi, qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən və təsdiq edilməsi ilə bağlı işlər həyata keçirilir. "Müəssisədə abonentlərdən sayğacların təmiri ilə bağlı müraciətlər də qəbul olunur. Bunun üçün abonent ilk növbədə Azəriqaz İB-nə sayğacının müayinəyə göndərilməsi ilə bağlı müraciət etməlidir. Yalnız bundan sonra müvafiq laboratoriyada qaz sayğaclarının müayinə proseduru həyata keçirilə bilər. Sayğacların növündən asılı olaraq diafraqma tipli G2.5, G4, G6 mexaniki qaz sayğaclarının müayinəsi üçün 7,29 AZN, G10, G16, G25 mexaniki qaz sayğaclarının müayinəsi üçün 39,10 AZN, diafraqma tipli G4, G6 (İtron) smartkart qaz sayğaclarının müayinəsi üçün 7,21 AZN, G10 (Gulf), G10 (İtron) smartkart qaz sayğaclarının müayinəsi üçün isə 35,26 AZN ödəniş məbləği müəyyən edilib. Sənaye sayğaclarına gəlincə, ölçmə vasitəsinin tipindən asılı olaraq digər tariflər mövcuddur". Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarəti Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və "Azəriqaz" İB arasında 2023-cü ildə bağlanılmış müqaviləyə əsasən Birliyə məxsus olmuş "Qaz sayğaclarının müayinəsi laboratoriyası" cari ilin 1 yanvar tarixindən İnstitutun idarəetməsinə verilib. Sənaye sayğaclarına gəlincə, Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ölçmə vasitəsinin tipindən asılı olaraq digər tariflər mövcuddur. "Laboratoriyada sahibkarlıq subyektlərinin (və ya onun nümayəndəsinin) iştirakı ilə videomüşahidə altında sayğacın tam sökülərək ehtiyat hissələrinə baxış keçirilir, dəyişdirilməsi vacib olan ehtiyat hissələri müəyyən olunaraq qüsur aktı tərtib edilir. Müraciətçi qüsur aktında qeyd olunan ehtiyat hissələrini laboratoriyaya təqdim etdikdən sonra təmir prosesi həyata keçirilir. Təmir bitdikdən sonra sayğac təkrar sınaq qurğusunda yoxlanılır, metroloji tələblərə uyğunluğu dəqiqləşdirilir və yekunda AzMİ-nin barkodu ilə plomblanaraq istismara qaytarılması üçün aidiyyəti üzrə təhvil verilir",-deyə bildirilib. O da vurğulanıb ki, kommunal xidmətlər üzrə hazırda yalnız qaz istehlakçılarının sayğaclarının müayinə və təmir prosesinə dair müraciətləri qəbul edilir və digər kommunal xidmətlərə şamil edilmir. Azərbaycan Metrologiya İnstitutundan bildirilib ki, sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın müstəqil tərəfin nəzarətinə ötürülməsi həm istehlakçının, həm də qaz təchizatçısının mənafelərinin müdafiəsinin gücləndirilməsinə xidmət edir. "Belə ki, müvafiq laboratoriyanın AzMİ-nin idarəetməsində olması ilə ölçmə vasitələrinin yoxlanılması işlərinin metroloji tələblərə uyğun həyata keçirilməsinə nəzarət artırılacaq. Bu da öz növbəsində ümumi proseslərin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına, məişət istehlakçılarının və sahibkarların hüquqlarının qorunmasına töhfə verəcək",-deyə sorğuya cavabda bildirilib. "Azəriqaz"İB-dən isə bildirilib ki, yoxlama məqsədilə Azəriqaz tərəfindən sayğacda nöqsan olduğuna şübhə yaranarsa, bu zaman sayğacın müayinəsi pulsuz aparılır. "Qaz sayğaclarının yoxlanılmasının Azərbaycan Metrologiya İnstitutuna verilməsi bu sahədə "Azəriqaz"İstehsalat Birliyinin yol veridyi qanunsuzluqları aradan qaldıracaq". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib. Birlik sədri bildirib ki, AİB-ə indiyədək qaz sayğacları ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlərdə bildirilir ki, vətəndaşların həyətlərindən kənarda olan qaz sayğaclarına güya müdaxilə ilə etdikləri üçün "Azəriqaz" İB tərəfindən cərimələr yazılır. "Azəriqaz" İB-nin əməkdaşları sayğaclara müdaxiləni abonentin iştirakı olmadan aktlaşdırır, çıxardaraq özü yoxlamaya aparır və abonentə yüksək məbləğlərdə cərimə tətbiq edir. "AİB-ə bu barədə gələn şikayətləri mən "Azəriqaz"İB-ə göndərirəm. Onlar da cavab verir ki, istehlakçı haqsızdır. Bundan sonra biz məhkəməyə müraciət edərək məhkəmədə istehlakçının hüququnu bərpa edirdik. Bu qurumun istehlakçıya yazdığı aktlardan abonentlərin məlumatı olmur. Bazarda monopolist olduğundan istehlakçını şəbəkədən ayırır. Vətəndaş da məcbur olub qış aylarında cəriməni ödəyir" - ekspert deyib. E.Hüseynov bildirib ki, mavi yanacağı satan qurumun sayğacları özünün yoxlaması absurd idi. Çünki, bu halda heç vaxt öz əleyhinə qərar verə bilməzdi: "Azərbaycan Metrologiya İnstitutundan şəffaflıq gözləyirəm. Qeyd edək ki, bu ilin əvvəlindən qaz sayğaclarının müayinəsini həyata keçirdiyi laboratoriya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin nəzarətindən çıxarılaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna ötürülüb. Sözügedən qurumun əməkdaşı Nəzrin Mirzəzadə yerli mətbuata açıqlamasında bildirib ki, ölkədə qaz sayğaclarının yoxlanılması ilə bağlı texniki reqlamentin təsdiq edilməsi gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42221/67/422216795_341:0:3072:2048_1920x0_80_0_0_0b1c3ac474bf078ff2e633d8cf3e80a7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
qaz sayğacı, azərbaycan dövlət neft şirkəti, azərbaycan dövlət neft şirkəti, "azəriqaz", socar, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
qaz sayğacı, azərbaycan dövlət neft şirkəti, azərbaycan dövlət neft şirkəti, "azəriqaz", socar, antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti
Qaz sayğaclarının yoxlanılması "Azəriqaz" İB-dən alınır
Ekspertin fikrincə, qaz sayğaclarının yoxlanılmasının Azərbaycan Metrologiya İnstitutuna verilməsi bu sahədə "Azəriqaz"İstehsalat Birliyinin sayğacların yoxlanılması ilə bağlı yol verdiyi qanunsuzluqları aradan qaldıracaq.
BAKI, 28 iyul — Sputnik. Azərbaycan Metrologiya İnstitutu qaz sayğaclarının yoxlanılmasına görə ödəniləcək məbləğləri açıqlayıb. Sputnik Azərbaycan-ın sorğusuna qurumdan bildirilib ki, laboratoriyada ölçmə vasitələrinin yoxlanılması, sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi, qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən və təsdiq edilməsi ilə bağlı işlər həyata keçirilir.
"Müəssisədə abonentlərdən sayğacların təmiri ilə bağlı müraciətlər də qəbul olunur. Bunun üçün abonent ilk növbədə Azəriqaz İB-nə sayğacının müayinəyə göndərilməsi ilə bağlı müraciət etməlidir. Yalnız bundan sonra müvafiq laboratoriyada qaz sayğaclarının müayinə proseduru həyata keçirilə bilər. Sayğacların növündən asılı olaraq diafraqma tipli G2.5, G4, G6 mexaniki qaz sayğaclarının müayinəsi üçün 7,29 AZN, G10, G16, G25 mexaniki qaz sayğaclarının müayinəsi üçün 39,10 AZN, diafraqma tipli G4, G6 (İtron) smartkart qaz sayğaclarının müayinəsi üçün 7,21 AZN, G10 (Gulf), G10 (İtron) smartkart qaz sayğaclarının müayinəsi üçün isə 35,26 AZN ödəniş məbləği müəyyən edilib. Sənaye sayğaclarına gəlincə, ölçmə vasitəsinin tipindən asılı olaraq digər tariflər mövcuddur".
Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarəti Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və "Azəriqaz" İB arasında 2023-cü ildə bağlanılmış müqaviləyə əsasən Birliyə məxsus olmuş "Qaz sayğaclarının müayinəsi laboratoriyası" cari ilin 1 yanvar tarixindən İnstitutun idarəetməsinə verilib.
Sənaye sayğaclarına gəlincə, Qurumdan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, ölçmə vasitəsinin tipindən asılı olaraq digər tariflər mövcuddur.
"Laboratoriyada sahibkarlıq subyektlərinin (və ya onun nümayəndəsinin) iştirakı ilə videomüşahidə altında sayğacın tam sökülərək ehtiyat hissələrinə baxış keçirilir, dəyişdirilməsi vacib olan ehtiyat hissələri müəyyən olunaraq qüsur aktı tərtib edilir. Müraciətçi qüsur aktında qeyd olunan ehtiyat hissələrini laboratoriyaya təqdim etdikdən sonra təmir prosesi həyata keçirilir. Təmir bitdikdən sonra sayğac təkrar sınaq qurğusunda yoxlanılır, metroloji tələblərə uyğunluğu dəqiqləşdirilir və yekunda AzMİ-nin barkodu ilə plomblanaraq istismara qaytarılması üçün aidiyyəti üzrə təhvil verilir",-deyə bildirilib.
O da vurğulanıb ki, kommunal xidmətlər üzrə hazırda yalnız qaz istehlakçılarının sayğaclarının müayinə və təmir prosesinə dair müraciətləri qəbul edilir və digər kommunal xidmətlərə şamil edilmir.
Azərbaycan Metrologiya İnstitutundan bildirilib ki, sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın müstəqil tərəfin nəzarətinə ötürülməsi həm istehlakçının, həm də qaz təchizatçısının mənafelərinin müdafiəsinin gücləndirilməsinə xidmət edir.
"Belə ki, müvafiq laboratoriyanın AzMİ-nin idarəetməsində olması ilə ölçmə vasitələrinin yoxlanılması işlərinin metroloji tələblərə uyğun həyata keçirilməsinə nəzarət artırılacaq. Bu da öz növbəsində ümumi proseslərin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına, məişət istehlakçılarının və sahibkarların hüquqlarının qorunmasına töhfə verəcək",-deyə sorğuya cavabda bildirilib.
"Azəriqaz"İB-dən isə bildirilib ki, yoxlama məqsədilə Azəriqaz tərəfindən sayğacda nöqsan olduğuna şübhə yaranarsa, bu zaman sayğacın müayinəsi pulsuz aparılır.
"Qaz sayğaclarının yoxlanılmasının Azərbaycan Metrologiya İnstitutuna verilməsi bu sahədə "Azəriqaz"İstehsalat Birliyinin yol veridyi qanunsuzluqları aradan qaldıracaq".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söyləyib. Birlik sədri bildirib ki, AİB-ə indiyədək qaz sayğacları ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər daxil olub. Həmin şikayətlərdə bildirilir ki, vətəndaşların həyətlərindən kənarda olan qaz sayğaclarına güya müdaxilə ilə etdikləri üçün "Azəriqaz" İB tərəfindən cərimələr yazılır. "Azəriqaz" İB-nin əməkdaşları sayğaclara müdaxiləni abonentin iştirakı olmadan aktlaşdırır, çıxardaraq özü yoxlamaya aparır və abonentə yüksək məbləğlərdə cərimə tətbiq edir.
"AİB-ə bu barədə gələn şikayətləri mən "Azəriqaz"İB-ə göndərirəm. Onlar da cavab verir ki, istehlakçı haqsızdır. Bundan sonra biz məhkəməyə müraciət edərək məhkəmədə istehlakçının hüququnu bərpa edirdik. Bu qurumun istehlakçıya yazdığı aktlardan abonentlərin məlumatı olmur. Bazarda monopolist olduğundan istehlakçını şəbəkədən ayırır. Vətəndaş da məcbur olub qış aylarında cəriməni ödəyir" - ekspert deyib.
E.Hüseynov bildirib ki, mavi yanacağı satan qurumun sayğacları özünün yoxlaması absurd idi. Çünki, bu halda heç vaxt öz əleyhinə qərar verə bilməzdi: "Azərbaycan Metrologiya İnstitutundan şəffaflıq gözləyirəm.
Qeyd edək ki, bu ilin əvvəlindən qaz sayğaclarının müayinəsini həyata keçirdiyi laboratoriya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin nəzarətindən çıxarılaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutuna ötürülüb. Sözügedən qurumun əməkdaşı Nəzrin Mirzəzadə yerli mətbuata açıqlamasında bildirib ki, ölkədə qaz sayğaclarının yoxlanılması ilə bağlı texniki reqlamentin təsdiq edilməsi gözlənilir.