Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Çində qida bloqçusu canlı yayım zamanı 10 kq yemək yeyərək ölüb

© Depositphotos.com / Andrey PopovYemək
Yemək - Sputnik Azərbaycan, 1920, 28.07.2024
Abunə olmaq
Qız hər gün 10 saatdan çox canlı yayımda özünü lentə alıb. O, həmin vaxt ərzində 10 kq-dan çox yemək yeyirdi.
BAKI, 28 iyul — Sputnik. Çində qida bloqçusu 10 kq yeməyi necə yediyini nümayiş etdirdiyi canlı yayım zamanı ölüb.
Bu barədə NTK məlumat yayıb.
Qız hər gün 10 saatdan çox canlı yayımda özünü lentə alıb. O, həmin vaxt ərzində 10 kq-dan çox yemək yeyirdi.
Yarılmanın nəticələrinə görə, onun qarnı nəzərəçarpacaq dərəcədə deformasiyaya uğrayıb, mədəsi isə həzm olunmamış qida ilə dolu olub.
Syaotin bir dostundan bu barədə öyrəndikdən və onun bu cür yayımlardan necə uğurla pul qazandığını gördükdən sonra mukbanqda karyerasına başlayıb.
Daha əvvəl bildirilmişdi ki, Şlyuz təxəllüsü ilə tanınan belaruslu Aleksey Kunis bir butulka araqı bir qurtumda içdikdən sonra canlı yayımda ölüb.
Xəbər lenti
0