CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 27 iyul – FOTO

© Sputnik27 iyul
27 iyul - Sputnik Azərbaycan, 1920, 27.07.2024
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 27 iyul — Sputnik. İyulun 27-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 27-də kim anadan olub?
Məhəmməd Maqomayev (1916-1945) - Azərbaycan teatr rəssamıdır. O, bəstəkar Müslüm Maqomayevin oğlu və müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin atasıdır.
© Photo : Public DomenMəhəmməd Maqomayev
Məhəmməd Maqomayev - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Məhəmməd Maqomayev
Nikolay Koster-Valdau (1970) danimarkalı aktyor və prodüserdir. O, "Qara qırğı", "Baş ovçular", "Oblivion", "Taxt-tac oyunları", "Boşluğa güllə atışı" filmlərindəki rolları ilə məşhurlaşıb.
© AP Photo / Willy SanjuanNikolay Koster-Valdau
Nikolay Koster-Valdau - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Nikolay Koster-Valdau
Conatan Ris-Mayers (1977) - irlandiyalı kino aktyorudur. O, "Qızıl Qlobus" mükafatının laureatıdır. Aktyor "Avqust raş", "Kölgə", "Drakula" və başqa filmlərdə rol alıb.
© AP Photo / Grant PollardConatan Ris-Mayers
Conatan Ris-Mayers - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Conatan Ris-Mayers
Vinni Harlou (1994) - kanadalı supermodeldir. Harlou "America's Next Top Model"in iyirmi birinci mövsümünün iştirakçısı kimi şöhrət qazanıb. O, vitiliqo (dəri piqmentasiyasının pozulması) xəstəliyindən əziyyət çəkərək modellik karyerası ilə tanınan supermodeldir. Hazırda Barselonada "Desigual" gündəlik geyim markasının simasıdır.
© AP Photo / Vianney Le CaerVinni Harlou
Vinni Harlou - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Vinni Harlou
27 iyul tarixində dünyada baş verən tarixi hadisələr
"Suzdallı Daniilin öldürülməsi əfsanəsi və Moskvanın başlanğıcı" rəvayətinə görə, 1147-ci ildə Moskva şəhərinin əsası qoyulub.
1866-cı ildə Britaniya ilə ABŞ arasında transatlantik teleqraf kabelinin çəkilişi tamamlanıb.
1921-ci ildə kanadalı fizioloq Frederik Bantinq ilk dəfə olaraq heyvanın qan şəkərini azaltmaq üçün köpəyin atrofiyaya uğramış mədəaltı vəzindən əldə edilən ekstraktdan istifadə edib. Bu ekstrakt sonralar insulin adlandırılıb.
1997-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ABŞ-a ilk rəsmi səfəri olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0