CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Moskvada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı həbs edilib

© iStock.com / BrianAJacksonАрестант
Арестант - Sputnik Azərbaycan, 1920, 27.07.2024
Abunə olmaq
Elxan İbrahimov Suriyada “Əl-Qaidə”nin qollarından birinə qoşulub.
BAKI, 27 iyul - Sputnik. Moskvanın Nikulinski Məhkəməsi sonradan ekstradisiya məqsədilə bu ölkə tərəfindən beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşını həbs edib.
“Moskvanın Nikulinski Rayon Məhkəməsinin qərarı ilə İbrahimov Elxan Musa oğlunun sorğu edən tərəfə - Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına- ekstradisiyasının mümkünlüyünü təmin etmək məqsədilə 2024-cü il sentyabrın 2-dək 40 sutka həbs qətimkan tədbiri seçilib" - Məhkəmənin mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumatda deyilir.
Məhkəmə qeyd edib ki, həmin şəxs Azərbaycanda cinayətkar birlikdə iştirak, habelə Azərbaycanda qadağan olunmuş silahlı birləşmədə iştirak ittihamı ilə cinayət təqibi əsasında beynəlxalq axtarışa verilib.
Bəzi KİV-in məlumatına görə, İbrahimov Suriyada “Əl-Qaidə”nin (Rusiya Federasiyasında qadağan olunmuş beynəlxalq terror təşkilatı) qollarından birinə qoşulub.
Xəbər lenti
0