https://sputnik.az/20240727/maliyye-nazirliyi-fitch-ratings-qeyri-deqiq-mubahiseli-reqemler-proqnozlar-verib-458680337.html
Maliyyə Nazirliyi “Fitch Ratings"in bu dəfəki proqnozlarını bəyənib
Maliyyə Nazirliyi “Fitch Ratings"in bu dəfəki proqnozlarını bəyənib
Sputnik Azərbaycan
Maliyyə Nazirliyi "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edib. 27.07.2024, Sputnik Azərbaycan
2024-07-27T11:49+0400
2024-07-27T11:49+0400
2024-07-27T12:49+0400
iqtisadiyyat
"fitch" beynəlxalq reytinq agentliyi
"fitch" beynəlxalq reytinq agentliyi
maliyyə nazirliyi
maliyyə nazirliyi
rəqəm
proqnoz
https://cdnn1.img.sputnik.az/img/40855/52/408555283_0:0:1200:676_1920x0_80_0_0_edf4c74d5fb843791b100164f74702b2.jpg
BAKI, 27 iyul - Sputnik. Maliyyə Nazirliyi “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir.Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilib."8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür" – açıqlamada qeyd olunub.Bildirilib ki, dövlət qurumu "əvvəlki qiymətləndirmələrdə beynəlxalq kredit reytinq agentliklərini ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirməkdə qınamışdı"."Sevindirici haldır ki, artıq “Fiç Reytingz” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul etmişdir. Ümidvarıq ki, digər beynəlxalq kredit reyting agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər", – Maliyyə Nazirliyinin açıqlamasında diqqətə çatdırılıb.Xatırladaq ki, “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.16.09.23, 16:39Maliyyə Nazirliyi: “Fitch Ratings" qeyri-dəqiq, mübahisəli rəqəmlər, proqnozlar verib"Maliyyə Nazirliyi bu ilin iyun ayında "Standard and Poor’s" ("S&P") beynəlxalq kredit reytinq agentliyinin təsdiq etdiyi reytinq üzrə proqnoz göstəricisi ilə müqayisədə “Fitch Ratings" beynəlxalq reytinq agentliyinin ötən gün dərc etdiyi hesabatda ölkənin uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” səviyyəsində, reytinq üzrə proqnozun isə “pozitiv” təsdiq etməsini müsbət hal kimi qiymətləndirir. Baxmayaraq ki, Nazirlik daha əvvəl bəyan etdiyi kimi, hər iki agentliyin ölkəmizin kredit reytinqi məsələsinə xəsislik nümayiş etdirdiyi fikrində qalır.Bu barədə “Report”un sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən bildirilib.“Fitch Ratings"in hesabatında bir sıra qeyri-dəqiq və mübahisəli rəqəmlər, proqnozlar verilib, eləcə də Azərbaycan tərəfindən qəbul edilməyən qiymətləndirmələr aparılıb”, - deyə açıqlamada qeyd olunub.Nazirlik reytinq işinin müstəqilliyinə və obyektivliyinə hər hansı xələl gətirmədən hesabatda əks olunan məlumat və qiymətləndirmələrə dair Azərbaycanın aidiyyəti dövlət orqanlarının şərhlərinin də agentlik nümayəndələri tərəfindən əldə olunmasını və istifadə edilməsini zəruri və faydalı hesab edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40855/52/408555283_132:0:1200:801_1920x0_80_0_0_06ae68bea01caa9de347423160906a0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"fitch" beynəlxalq reytinq agentliyi, "fitch" beynəlxalq reytinq agentliyi, maliyyə nazirliyi, maliyyə nazirliyi, rəqəm, proqnoz
"fitch" beynəlxalq reytinq agentliyi, "fitch" beynəlxalq reytinq agentliyi, maliyyə nazirliyi, maliyyə nazirliyi, rəqəm, proqnoz
Maliyyə Nazirliyi “Fitch Ratings"in bu dəfəki proqnozlarını bəyənib
11:49 27.07.2024 (Yenilənib: 12:49 27.07.2024) Maliyyə Nazirliyi "Fitch"in Azərbaycanın reytinqini “BBB-” səviyyəsinə yüksəltməsi qərarını təqdir edib.
BAKI, 27 iyul - Sputnik. Maliyyə Nazirliyi “Fiç Reytingz” (Fitch Ratings) beynəlxalq kredit reytinq agentliyi tərəfindən iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərarını təqdir edir.
Bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.
"8 ildən sonra suveren reytinqimizin yenidən investisiya dərəcəsinə qaytarılması, reytinq üzrə proqnozun isə “Stabil” olaraq təyin edilməsi heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin həyata keçirdiyi makroiqtisadi və monetar siyasət, institusional islahatlar, investisiya mühitinin yaxşılaşdırılması, dövlət borcunun, xüsusilə xarici dövlət borcunun aşağı səviyyəsi və digər ardıcıl və çoxşahəli islahatların beynəlxalq miqyasda qiymətnləndirilməsinin təzahürüdür" – açıqlamada qeyd olunub.
Bildirilib ki, dövlət qurumu "əvvəlki qiymətləndirmələrdə beynəlxalq kredit reytinq agentliklərini ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirməkdə qınamışdı".
"Sevindirici haldır ki, artıq “Fiç Reytingz” ilk olaraq real iqtisadi vəziyyəti və investorların Azərbaycanın kredit riskinə münasibətlərini obyektiv və adekvat şəkildə ifadə edərək ölkəmizin beynəlxalq kredit reytinqinin yenidən investisiya səviyyəsinə yüksəldilməsinə dair qərar qəbul etmişdir. Ümidvarıq ki, digər beynəlxalq kredit reyting agentlikləri də oxşar mövqedən çıxış edərək Azərbaycanın kredit reytinqini investisiya səviyyəsində təsdiq edəcəklər", – Maliyyə Nazirliyinin açıqlamasında diqqətə çatdırılıb.
Xatırladaq ki, “Fitch Ratings” Azərbaycanın uzunmüddətli xarici valyuta emitentinin defolt reytinqini “BB+” səviyyəsindən “BBB-” səviyyəsinə yüksəltdiyini və sabit perspektivlə qiymətləndirdiyini açıqlayıb.
Maliyyə Nazirliyi: “Fitch Ratings" qeyri-dəqiq, mübahisəli rəqəmlər, proqnozlar verib"
Maliyyə Nazirliyi bu ilin iyun ayında "Standard and Poor’s" ("S&P") beynəlxalq kredit reytinq agentliyinin təsdiq etdiyi reytinq üzrə proqnoz göstəricisi ilə müqayisədə “Fitch Ratings" beynəlxalq reytinq agentliyinin ötən gün dərc etdiyi hesabatda ölkənin uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” səviyyəsində, reytinq üzrə proqnozun isə “pozitiv” təsdiq etməsini müsbət hal kimi qiymətləndirir. Baxmayaraq ki, Nazirlik daha əvvəl bəyan etdiyi kimi, hər iki agentliyin ölkəmizin kredit reytinqi məsələsinə xəsislik nümayiş etdirdiyi fikrində qalır.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Maliyyə Nazirliyindən bildirilib.
“Fitch Ratings"in hesabatında bir sıra qeyri-dəqiq və mübahisəli rəqəmlər, proqnozlar verilib, eləcə də Azərbaycan tərəfindən qəbul edilməyən qiymətləndirmələr aparılıb”, - deyə açıqlamada qeyd olunub.
Nazirlik reytinq işinin müstəqilliyinə və obyektivliyinə hər hansı xələl gətirmədən hesabatda əks olunan məlumat və qiymətləndirmələrə dair Azərbaycanın aidiyyəti dövlət orqanlarının şərhlərinin də agentlik nümayəndələri tərəfindən əldə olunmasını və istifadə edilməsini zəruri və faydalı hesab edir.