CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan DİN-dən xəbərdarlıq: Süni intellekt vasitəsilə sizi tələyə sala bilərlər

© iStock.com / Farknot_ArchitectBank kartları, arxiv
Bank kartları, arxiv - Sputnik Azərbaycan, 1920, 27.07.2024
Abunə olmaq
Süni intellektlə sizlə bank əməkdaşı, ailə üzvü - qohum adından danışıqlar aparıla bilər.
BAKI, 27 iyul - Sputnik. Süni intellektlə sizlə bank əməkdaşı, ailə üzvü adından danışıqlar aparıla bilər.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.
“Ehtimalların kiber məkanda hədəfi qurbandır. Çünki kiber məkanda şans yoxdur, olmur. Göstərilirsə, təşviq edilirsə, yalandır. Bilməlisiniz ki, naməlum şəxslərin təklifləri, qazanc vədləri sizi tələyə salacaqdır. Bank kartı ilə əlaqəli şəxsi məlumatlarınızı heç kimə verməyin. Süni intellektlə sizlə bank əməkdaşı, ailə üzvü - qohum adından danışıqlar aparıla bilər. Diqqətli ol ki, qurbana çevrilməyəsən” - E.Hacıyev qeyd edib.
20.07.24, 19:14
DİN bank kartlarından oğurluqla bağlı vətəndaşlara müraciət edib
Bank kart məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərinin oğurlanmasına səbəb olur. Bu barədə DİN-in vətəndaşlara çağırışında deyilir.
Qeyd olunub ki, hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc vətəndaşın aldadılmasına yönələn tələlərdir.
Vətəndaşlar “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdır.

"“Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq”, “satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin” adı adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaqdır", - məlumatda bildirilir.

O da qeyd olunub ki, iyulun 19-da ayrı-ayrı şəxslərin – 16780, 9745, 7550, 3070, 3026, 2807, 1951, 1380, 1320, 1102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat pulları oğurlanıb:

"Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. Danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır. Vətəndaşlara çağırış edirik ki,diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, inandırıcı görünüən hər bir təklif yalandır".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0