SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi kimdir?

© AP Photo / Francois MoriAİ bayrağı
Aİ bayrağı - Sputnik Azərbaycan, 1920, 27.07.2024
Abunə olmaq
Şarl Mişelin kabinetinə qoşulmazdan əvvəl o, Avropa Şurasının keçmiş prezidenti Donald Tuskun xarici siyasət üzrə müşaviri olub.
BAKI, 27 iyul — Sputnik. Aİ Şurası Maqdalena Qrononu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edib. Bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Qrono səlahiyyət müddəti avqustun 31-də başa çatacaq Toivo Klaarı əvəz edəcək. O, vəzifəsinin icrasına 2024-cü il sentyabrın 1-dən başlayacaq (ilkin müddət - 12 ay).
Qrono Çexiya vətəndaşıdır və hazırda Avropa Şurasının prezidenti Şarl Mişelin baş diplomatik müşaviri vəzifəsində çalışır.
O, son 25 ilini postsovet məkanına, xüsusilə Cənubi Qafqaza xüsusi diqqət yetirməklə, xarici siyasət və münaqişələrin həlli məsələləri, o cümlədən Aİ-də yüksək səviyyəli diplomatik postlarda və beyin mərkəzlərində çalışıb.
Şarl Mişelin kabinetinə qoşulmazdan əvvəl o, Avropa Şurasının keçmiş prezidenti Donald Tuskun xarici siyasət üzrə müşaviri olub. O, əvvəllər Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə direktoru olub.
Xatırladaq ki, Klaar 2017-ci ilin payızından Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışıb.
Xəbər lenti
0