Tarixdə bu gün: 26 iyul – FOTO
© Sputnik26 iyul
© Sputnik
Abunə olmaq
Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 26 iyul — Sputnik. İyulun 26-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 26-da kimlər anadan olub?
Bernard Şou (1856-1950) - irlandiyalı dramaturq və yazıçıdır. O, ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır. Dramaturq London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin yaradıcılarından biridir.
© AP PhotoBernard Şou
Bernard Şou
© AP Photo
Kevin Speysi (1959) - ABŞ teatr və kino aktyoru, kinorejissor, ssenarist və prodüserdir. O, iki "Oskar" mükafatının laureatıdır. "Kart evi", "Şübhəli simalar", "Amerikasayağı gözəllik" və s. filmlərdə rol alıb.
© Jordan Strauss/Invision/AP, FileKevin Speysi
Kevin Speysi
© Jordan Strauss/Invision/AP, File
Sandra Bullok (1964) - ABŞ aktrisasıdır. O, "Ouşenin 8 rəfiqəsi", "Qısa ətəkli polislər" və bir çox filmlərdə oynadığı rollar sayəsində şöhrət qazanıb.
© Jordan Strauss / Invision / APSandra Bullok
Sandra Bullok
© Jordan Strauss / Invision / AP
Ceyson Steytem (1967) - İngiltərə aktyorudur. O, döyüş-triller filmlərindəki sərt və kobud rollarına görə məşhurlaşıb. Aktyor "İtalyansayağı oğurluq", "Revolver", "Müharibə", "Adrenalin 2: Yüksək gərginlik", "Qabağıalınmazlar", "Forsaj" və s. filmlərdə bir çox obrazları canlandırıb.
© AP Photo / Andy KropaCeyson Steytem
Ceyson Steytem
© AP Photo / Andy Kropa
26 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1887-ci ildə amerikalı oftalmoloq Lüdviq Markoviç Zamenqof dünyanın ilk süni dilini - esperanto dilini yaradıb.
1908-ci ildə ABŞ-da Federal Təhqiqat Bürosu (FTB) yaradılıb.
1953-cü ildə 27 yaşlı Fidel Kastronun başçılıq etdiyi kubalı inqilabçılar Santyaqo-de-Kuba şəhərindəki Monkada hərbi kazarmalarına basqın ediblər. Bu hadisənin şərəfinə Kubada ölkənin əsas dövlət bayramlarından biri olan Milli Üsyan Günü təsis edilib.
1963-cü ildə zəlzələ Yuqoslaviyanın Skopye şəhərini dağıdıb (1000-dən insan həlak olub).
1992-ci ildə SSRİ Hərbi Dəniz Qüvvələrinin Xəzər Hərbi Donanmasının Rusiya ilə Azərbaycan arasında bölünməsi başa çatıb. İlk dəfə olaraq Azərbaycanın nəzarətinə keçən hərbi gəmilərdə respublikanın üçrəngli bayrağı qaldırılıb.
1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə yenidən təşkil edildikdən sonra qurum Gənclər və İdman Nazirliyi kimi tanınıb.