https://sputnik.az/20240726/senbe-gununun-hava-proqnozu-aciqlanib-466273522.html
Şənbə gününün hava proqnozu açıqlanıb
Şənbə gününün hava proqnozu açıqlanıb
Sputnik Azərbaycan
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 26.07.2024, Sputnik Azərbaycan
2024-07-26T15:03+0400
2024-07-26T15:03+0400
2024-07-26T15:03+0400
cəmiyyət
azərbaycan
hava
buludlu hava
isti
yağış
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425893323_0:0:3071:1728_1920x0_80_0_0_2305cb2b057119d2d6077f1c79f4abc2.jpg
BAKI, 26 iyul — Sputnik. İyulun 27-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi ərazilərə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhərdən arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 70-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/06/425893323_134:0:2865:2048_1920x0_80_0_0_347eb04a43b0a864768770cc2a4af8e8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, hava, buludlu hava, isti, yağış
azərbaycan, hava, buludlu hava, isti, yağış
Şənbə gününün hava proqnozu açıqlanıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
BAKI, 26 iyul — Sputnik. İyulun 27-də Azərbaycanda hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi ərazilərə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhərdən arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 70-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 17-22° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.