DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İran səfiri Ermənistanla gizli silah sövdələməsinə reaksiya verdi

© AP Photo / Jon Gambrellİran bayrağı
İran bayrağı - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Abunə olmaq
Mehr agentliyinə verdiyi şərhdə diplomat bu məlumatları İranın region ölkələri ilə dostluq münasibətlərinə xələl gətirmək cəhdi adlandırıb.
BAKI, 26 iyul — Sputnik. Ermənistan Müdafiə Nazirliyinin ardınca İran səfiri Mehdi Sobhani də İrəvanla Tehran arasında 500 milyon dollar dəyərində gizli silah sövdələşməsi barədə mətbuatda yayılan məlumatları təkzib edib.
Bu barədə daha əvvəl "Iran İnternational" yazıb və qeyd edib ki, guya erməni tərəfi pilotsuz təyyarələr və hava hücumundan müdafiə sistemləri alır.
Mehr agentliyinə verdiyi şərhdə diplomat bu məlumatları İranın region ölkələri ilə dostluq münasibətlərinə xələl gətirmək cəhdi adlandırıb.
Onun sözlərinə görə, bu cür məlumatlar İslam Respublikası haqqında tez-tez saxta xəbərlərin və qərəzli təhlillərin mənbəyinə çevrilən etibarsız media tərəfindən yayılır.
Sobhani qeyd edib ki, İran Qafqaz regionunda sülh və sabitliyin bərqərar olması, eləcə də iqtisadi inkişafı dəstəkləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0