DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Ermənistan-Türkiyə sərhədinə getdi

© AP Photo / Petr David JosekNikol Paşinyan, arxiv şəkli
Nikol Paşinyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Abunə olmaq
Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır.
BAKI, 26 iyul — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan iylun 26-da Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinə baş çəkib. O burada nəzarət-buraxılış məntəqəsinin modernləşdirilməsi istiqamətində aparılan işlərlə tanış olub.
"Facebook"* (Rusiya Federasiyasında ekstremist kimi qadağan olunub) sosial şəbəkəsindəki səhifəsində Paşinyan keçid məntəqəsinə səfərinin videogörüntülərini yerləşdirib. Paşinyan sosial şəbəkədə yazıb:

"Ermənistan və Türkiyə sərhədindəki Marqara gömrük məntəqəsi modernləşdirilib. Proqramın dəyəri 1 milyard dram (2,6 milyon dollar) olub".

Yanvarın ortalarında ölkənin gömrük və vergi xidmətlərini birləşdirən Dövlət Gəlirləri Komitəsinin rəis müavini Karen Tamazyan jurnalistlərə bildirib ki, Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsi tam təmir olunub və istismara hazırdır. Onun sözlərinə görə, gömrük və pasport nəzarəti, o cümlədən sərhədçilərin işi ilə bağlı bütün infrastruktur sərnişinlərə xidmət göstərməyə hazırdır.
2023-cü ilin noyabrında Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan bildirib ki, Marqara keçid məntəqəsi demək olar ki, sıfırdan tikilib. Onun sözlərinə görə, keçid məntəqəsi iki ölkə arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasına dair razılaşmanın icrasından sonra fəaliyyət göstərə biləcək.
2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü baş tutub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər dialoqu konstruktiv, siyasiləşdirilməmiş şəkildə aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Vyanada daha bir sıra görüşlər baş tutub.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0