Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimində biabırçılıq olub

© AP Photo / Rebecca BlackwellParisdəki Olimpiya kəndi
Parisdəki Olimpiya kəndi - Sputnik Azərbaycan, 1920, 27.07.2024
Abunə olmaq
Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdirilib.
BAKI, 27 iyul — Sputnik. Parisdə keçirilən Oyunların açılış mərasimində Olimpiya bayrağı Eyfel qülləsi yaxınlığındakı bayraq dirəyinə tərsinə asılıb.
Bayraq səhnəyə aparılıb, sonra isə səhv vəziyyətdə bayraq dirəyinə yerləşdirilib və qaldırılıb.
Olimpiya Oyunlarının açılış mərasimi ilk dəfədir ki, stadiondan kənarda keçirilir.
Olimpiadada Rusiya və Belarus idmançıları neytral statusda mübarizə aparacaqlar. Bundan əlavə, Beynəlxalq Olimpiya Komitəsi onların açılış mərasimində yalnız tamaşaçı qismində iştirakına icazə vermək qərarına gəlib.
Olimpiya Oyunları avqustun 11-dək keçiriləcək. Yarış çərçivəsində 41 idman növü üzrə 329 dəst mükafat veriləcək. Oyunlarda Rusiya Federasiyasından 15 idmançı iştirak edəcək.
Qeyd edək ki, iyulun 26-da Parisdəki “Hotel du Collectionneur”un işçiləri 7 ildir maaş artımı almadıqları üçün tətilə başlayıblar. Bildirilib ki, Olimpiya Oyunları zamanı BOK nümayəndələri burada qalmalı idi.
26.07.24, 10:40
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək
Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.
Planetin ən böyük yarışının açılış mərasimi ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında baş tutacaq.
Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdiriləcək.
Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək.
Açılış mərasimi yerli vaxtıla saat 19:30-da, Bakı vaxtı ilə 22:30-da başlayacaq.
Açılış mərasimindəki paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0