Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paris Olimpiadasının açılış mərasimi xristianlara qarşı hörmətsizlik idi - İlon Mask

© AP Photo / Lewis JolyParisdə Olimpiya Oyunlarının loqosu
Parisdə Olimpiya Oyunlarının loqosu - Sputnik Azərbaycan, 1920, 27.07.2024
Abunə olmaq
Amerikalı milyarder Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərinə parodiya videosunu neqativ qiymətləndirib.
BAKI, 27 iyul — Sputnik. Milyarder İlon Mask Paris Olimpiadasının açılış mərasiminin xristianlara qarşı hörmətsizlik olduğunu bildirib.
Bu barədə o, “X” sosial şəbəkəsində mərasim iştirakçılarının Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərinə parodiya etdikləri videoya münasibət bildirərkən yazıb.
“Bu, xristianlara qarşı son dərəcə hörmətsizlik idi” - Mask bildirib.
Qeyd edək ki, açılış mərasimində transvestit artistlər Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərini parodiya ediblər.
“Sonuncu şam yeməyi” əsəri XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, Lodoviko Sforsa və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsmidir. Rəsm əsərinin mövzusu Yəhya İncilində 13:21 təsvir edilmiş İsanın sonuncu şam yeməyi mövzusundan götürülüb. Bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi.
Ümumiyyətlə, Parisdəki Olimpiya Oyunların açılış mərasimi bir neçə kazus vəziyyətlə yadda qalıb; Eyfel qülləsinin yaxınlığındakı Olimpiya bayrağı bayraq dirəyinə tərsinə asılıb, stadionun diktorları KXDR nümayəndələrini Cənubi Koreyadan olan idmançılar kimi elan ediblər. Tamaşaçılar olduqları yerlərdən keçidin baş tutacağı yeri yaxşı görə bilmədiklərinə görə hələ mərasim başlamamış tribunaları tərk etməyə başlayıblar. Qalanlar isə mərasimi üstü açıq tribunada leysan yağış altında seyr etməli olublar.
26.07.24, 18:08
Paris 2024: məşəl daşıyan Snup Doq, qida ilə bağlı şikayətlər və Azərbaycan atletləri
Parisdə XXXIII Yay Olimpiya Oyunları başlayır. Bəzi idman növləri üzrə yarışlar bir neçə gün əvvəl başlasa da, rəsmi açılış mərasimi cümə günü, iyulun 26-da, Bakı vaxtı ilə saat 21:30-da olacaq.
Adətən olduğu kimi, açılış mərasiminin ssenarisi ən ciddi şəkildə gizli saxlanılır, lakin bəzi məlumatlar yenə də sızıb. Xüsusilə, "The New York Times" nəşri bu tədbirdə son məşəl daşıyıcısının amerikalı repçi Snup Doqun olacağını qeyd edib. Bundan əlavə, ifaçı Olimpiada zamanı telekanalların birində şərhçi kimi də fəaliyyət göstərəcək.
Həmçinin məlum olub ki, Olimpiada tarixdə ilk dəfə stadiondan kənarda keçiriləcək – mərasim Parisin Sena çayında təşkil olunacaq. Məlum olduğu kimi, tədbirdə Azərbaycan yığmasının bayraqdarları boksçu Məhəmməd Abdullayev və cüdoçu Gültac Məmmədəliyevadır.
© AP Photo / Rebecca BlackwellParisdəki Olimpiya kəndi
Parisdəki Olimpiya kəndi - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Parisdəki Olimpiya kəndi
Yeri gəlmişkən, cümə günü Parisdə açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilməli idi, lakin konfransın başlamasına 20 dəqiqə qalmış qəfildən ləğv olub. Ləğv səbəbi barədə heç bir məlumat verilməyib.
Eyni zamanda, Paris Olimpiadasının təşkilatçıları keyfiyyətsiz qidaya görə tənqid olunur. Belə ki, ingilis idmançılar müəyyən məhsulların olmaması və qidaların ümumiyyətlə keyfiyyətsiz olması üzündən Olimpiya kəndinin əsas restoranında yeməkdən imtina ediblər. İdmançılar xüsusilə, yumurta, toyuq yeməkləri və müəyyən karbohidratların çatışmazlığından şikayətləniblər. Bundan əlavə, onlara tam bişməmiş ət verilib. Nəticədə ingilislər Olimpiya kəndindən kənarda qidalanmaq qərarına gəliblər.
Bununla yanaşı azərbaycanlı cüdoçu və boksçuların Parisdə keçirilən Olimpiya turnirində ilk rəqibləri bəlli olub.
© AFP 2024 / ATTILA KISBENEDEKAzərbaycanlı cüdoçu Hidayət Heydərov
Азербайджанский дзюдоист Хидаят Гейдаров - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Azərbaycanlı cüdoçu Hidayət Heydərov
Xatırladaq ki, Oyunlarda Azərbaycanın doqquz tatami ustası çıxış edəcək, onlardan dördü - Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Zelim Kotsoyev (100 kq) - 1/16 final mərhələsinin oyunlarını buraxmağa imkan verəcək. Azərbaycan cüdoçularının ilk rəqiblərini təqdim edirik:
27 iyul: Balabəy Ağayev (60 kq) - Simon Zulu (Zambiya)/Von Cin Kim (Cənubi Koreya) görüşünün qalibi ilə, Leyla Əliyeva (48 kq) - Xalimacon Kurbonova (Özbəkistan) ilə.
28 iyul: Yaşar Nəcəfov - Strahinya Bunçiç (Serbiya) ilə, Gültac Məmmədəliyeva (52 kq) - Anqelika Delqado (ABŞ) ilə.
29 iyul: Hidayət Heydərov (73 kq) – Tohar Butbul (İsrail) / Messaoud Redouane Dris (Əlcəzair) görüşünün qalibi ilə.
30 iyul: Zelim Tçkayev (81 kq) – Alfa Umar Calo (Fransa) / Abdelrahman Abdelqhani (Misir) görüşünün qalibi ilə
31 iyul: Elcan Hacıyev (90 kq) – Mihael Zqank (Türkiyə)ilə.
1 avqust: Zelim Kotsoyev (100 kq) – Tomas Briseno (Çili) / Piotr Kuçera (Polşa) görüşünün qalibi ilə.
2 avqust: Uşanqi Kokauri (100 kq-dan yuxarı) – Rafael Silva (Braziliya) ilə.
Yeri gəlmişkən, görünür, Azərbaycan cüdoçuları çətin şəraitdə çıxış etməli olacaqlar. Məsələ burasındadır ki, cüdo üzrə Olimpiya yarışlarının keçiriləcəyi "Mars meydanı" arenası turnirin keçirilməsinə hazır deyil. Bu yaxınlarda bunu beynəlxalq federasiyanın rəhbəri Marius Vizer bəyan edib, indi isə bunu Fransa federasiyasının Prezidenti Stefan Nomi də təsdiqləyib.
© AP Photo / Frank Franklin IIAzərbaycanlı boksçu Alfonso Dominqes
Азербайджанский боксер Альфонсо Домингес - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Azərbaycanlı boksçu Alfonso Dominqes
Azərbaycan boksçularına gəlincə isə onların hamısı çıxışa 1/8 finaldan başlayacaq. Boksçuların ilk rəqibləri:
28 iyul: Alfonso Dominqes (92 kq) – Xulio Sezar la Kruz (Kuba).
29 iyul: Malik Həsənov (63,5 kq) - Laşa Quruli (Gürcüstan), Məhəmməd Abdullayev (92 kq-dan yuxarı) - Nelvi Tiafak (Almaniya).
30 iyul: Nicat Hüseynov (51 kq) - Cunior Alkantara Reyes (Dominikan Respublikası), Murad Allahverdiyev (80 kq) - Abdelrahman Abdelqavvad (Misir).
Eyni zamanda qılıncoynatma üzrə qadınlardan ibarət Azərbaycan yığmasının lideri Anna Baştanın rəqibi müəyyənləşib. Belə ki, Rusiya əsilli azərbaycanlı qılıncoynadan Olimpiadadakı çıxışına 1/16 finaldan başlayacaq və onun ilk rəqibi çinli Yanq Henyu olacaq.
Xatırladaq ki, Başta artıq ikinci dəfədir ki, Olimpiya Oyunlarında iştirak edir. Tokioda keçirilən yarışda o, ilk maneəni keçsə də, 1/8 finalda uduzaraq yarışı tərk edib.
Qeyd edək ki, Parisdə keçirilən Olimpiya Oyunlarında Azərbaycanı 15 idman növündə çıxış edəcək 48 idmançı təmsil edir. Oyunlar avqustun 11-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0