Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Maldiv Prezidentini təbrik edib

Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Abunə olmaq
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram
BAKI, 26 iyul — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti Məhəmməd Muizzuyanı Maldivin Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0