CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş nazir Əli Əsədov yeni qərar imzalayıb

© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanƏli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
Əli Əsədov Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib
 - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Abunə olmaq
Qərarın icrasının təmin edilməsi ilə əlaqədar xərclər Maliyyə Monitorinqi Xidmətinin büdcəsi hesabına maliyyələşdirilir.
BAKI, 26 iyul — Sputnik. Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidmətinin informasiya sisteminə inteqrasiya edilən informasiya sistemlərindən (ehtiyatlarından) əldə olunan məlumatların dairəsini müəyyən edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Maliyyə Monitorinqi Xidmətinin "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunla müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar lazımi məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ölkə Prezidentinin 2018-ci il 12 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"na uyğun olaraq əldə edilir.
Qərarın icrasının təmin edilməsi ilə əlaqədar xərclər Maliyyə Monitorinqi Xidmətinin büdcəsi hesabına maliyyələşdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0