Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıdakı bağçalara növbəyə yazılma başlayıb

© Official website of President of Azerbaijan RepublicBağça
Bağça - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Abunə olmaq
Uşaq qruplarının komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.
BAKI, 26 iyul — Sputnik. Bakıdakı məktəbəqədər təhsil müəssisəsinə (bağça) növbəyə yazılma prosesi başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, məktəbəqədər təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər.
Boş yerlərə qəbul isə il ərzində aparılır.
Məlumat üçün bildirək ki, bağçalara onlayn qeydiyyat iyulun 16-dan www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə başlayıb.
Qeyd edək ki, əvvəlki ildən fərqli olaraq bu il bağçalara uşaqların qeydiyyatında yaş qrupları üçün sistem ferqi vaxtlarda aktiv olub. Hər hansı səbəbdən elektron sistemdə qeydiyyatı şəxsən aparmaq imkanı olmayan valideynlər əvvəlcədən müəyyən edilmiş "ASAN xidmət" mərkəzlərinə müraciət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0