Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı rejissorun filmi Sarayevo Film festivalında

© Photo : Azer GuliyevSanki yoxsan filimindən göüntülər
Sanki yoxsan filimindən göüntülər - Sputnik Azərbaycan, 1920, 26.07.2024
Abunə olmaq
Sarayevo Film Festivalı cənub-şərqi Avropanın 1995-ci ildə Sarayevoda əsası qoyulmuş ən böyük festivalıdır.
BAKI, 26 iyul — Sputnik. Azərbaycanlı rejissor Azər Quliyevin "Sanki yoxsan" filmi avqustun 16-dan 23-dək keçiriləcək Sarayevo Film festivalına daxil edilib.
Bundan əvvəl film 77-ci Kann Beynəlxalq Film Festivalında qısametrajlı filmlərin əsas müsabiqə proqramına daxil edilmişdi. Film böyük uğur qazanmış, qonaqlar və kino tənqidçiləri tərəfindən çox yaxşı qarşılanmışdı.
Rejissorun "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, "Sanki yoxsan" filminin adı təsadüfi seçilməyib – o, süjetə tamamilə uyğundur. Bu, sevilən birinin varlığının həyatınızda davam etməsinə baxmayaraq, onun varlığının getdikcə uzaqlaşdığı hissini ifadə edir.

"Bu ifadə duyğuların mürəkkəb spektrini, o cümlədən dərk edilməyən itkinin qəbul, əzab, ağrı və acılı şirinliyini ötürür", - Quliyev bildirib.

Quliyev təkcə rejissor deyil, həm də Nicat Muxtarovla birgə yazdığı ssenarinin müəllifidir. Filmi Fransanın "La Luna Productions" şirkəti istehsal edib. Filmdə baş rolları Milana Həsənova, Oktay Mehdiyev Elşən Məmmədov ifa ediblər.
Filmin süjetinə görə Samir və Leyla ailələri arasında baş verənlərlə barışmaq istəməyərək qaçmağa qərar verirlər. Səhəri gün Samir yoxa çıxır. Çətin vəziyyətə düşən Leyla sevgilisini tapmağa çalışır və bu proses zamanı onun dəhşətli sirrini öyrənir.
Qeyd edək ki, Sarayevo Film Festivalı cənub-şərqi Avropanın 1995-ci ildə Sarayevoda əsası qoyulmuş ən böyük festivalıdır. 2020-ci ildə COVID-19-a yoluxmaların sayında rekord artım səbəbindən bütün filmlər internet saytında yayımlanaraq "hibrid formatda" keçirilməli olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0