Azərbaycan və Somali XİN başçıları arasında geniştərkibli görüş keçirilib
© Photo : MFA XİN rəhbəri Ceyhun Bayramov Somalidən olan həmkarı Əhməd Moallim Fiqi ilə görüşüb
© Photo : MFA
Abunə olmaq
Görüşdə Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib.
BAKI, 26 iyul — Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somalidən olan həmkarı Əhməd Moallim Fiqi ilə görüşüb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi perspektivlərini müzakirə olunub. Daha sonra XİN rəhbərləri arasında geniştərkibli görüş keçirilib.
"Tərəflər, iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi də daxil olmaqla əməkdaşlıq üçün müxtəlif sahələrin potensialından istifadə mexanizmləri ətrafında fikir mübadiləsi aparıblar, onlar həmçinin BMT, Qoşulmama Hərəkatı, İƏT və COP29-a Azərbaycanın sədrlik fəaliyyətini vacib əməkdaşlıq platformalarından biri kimi qeyd ediblər. Görüş zamanı həmçinin Azərbaycanın münaqişədən sonrakı regional yenidənqurma və sülh səyləri müzakirə edilib", - XİN-in məlumatında qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.