https://sputnik.az/20240725/ukrayna-rusiyanin-afrikadaki-planlarini-pozmaga-calisir-466217266.html
Ukrayna Rusiyanın Afrikadakı planlarını pozmağa çalışır
Ukrayna Rusiyanın Afrikadakı planlarını pozmağa çalışır
Sputnik Azərbaycan
Son aylar Kiyev qitədə yeni səfirliklər açmaqla Afrika dövlətləri ilə əlaqələri inkişaf etdirir. Bu tədbir Afrika ölkələrini Moskvaya qarşı sanksiyalara... 25.07.2024, Sputnik Azərbaycan
2024-07-25T10:00+0400
2024-07-25T10:00+0400
2024-07-25T10:00+0400
afrika
dünya xəbərləri
ukrayna
putin
vladimir putin
rusiya prezidenti vladimir putin
seneqal
https://cdnn1.img.sputnik.az/img/07e8/05/03/464372885_0:0:3259:1833_1920x0_80_0_0_cf01ef305a3c138c140d42dd9b2ee90a.jpg
BAKI, 25 iyul — Sputnik. Ukrayna hakimiyyəti region ölkələri ilə münasibətləri inkişaf etdirməklə Rusiyanın Afrikadakı planlarını pozmaq istəyir. Bu barədə Fransanın "Le Point" jurnalı məlumat yayıb. Nəşr dəqiqləşdirir ki, son aylar Kiyev qitədə yeni səfirliklər açmaqla Afrika dövlətləri ilə əlaqələri inkişaf etdirir. Bu tədbir Afrika ölkələrini Moskvaya qarşı sanksiyalara qoşulmağa razı salmaq üçün görülə bilər. Belə ki, Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarov qeyd edib ki, Kiyev xüsusi hərbi əməliyyata başlayandan sonra bir sıra dövlətlərin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etmək qərarından məyus olub. Qeyd edək ki, bir müddət əvvəl Rusiya lideri Vladimir Putin Afrika ölkələrinin beynəlxalq problemlərin həllində getdikcə daha əhəmiyyətli rol oynaması ilə bağlı açıqlama vermişdi. O, Rusiya tərəfinin afrikalı tərəfdaşlarla dostluq əlaqələrinin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/05/03/464372885_528:0:3259:2048_1920x0_80_0_0_dc4f3966ab977da2f284b663f57556e4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
afrika, ukrayna, putin, vladimir putin, rusiya prezidenti vladimir putin, seneqal
afrika, ukrayna, putin, vladimir putin, rusiya prezidenti vladimir putin, seneqal
Ukrayna Rusiyanın Afrikadakı planlarını pozmağa çalışır
Son aylar Kiyev qitədə yeni səfirliklər açmaqla Afrika dövlətləri ilə əlaqələri inkişaf etdirir. Bu tədbir Afrika ölkələrini Moskvaya qarşı sanksiyalara qoşulmağa razı salmaq üçün görülə bilər.
BAKI, 25 iyul — Sputnik. Ukrayna hakimiyyəti region ölkələri ilə münasibətləri inkişaf etdirməklə Rusiyanın Afrikadakı planlarını pozmaq istəyir.
Bu barədə Fransanın "Le Point" jurnalı məlumat yayıb.
Nəşr dəqiqləşdirir ki, son aylar Kiyev qitədə yeni səfirliklər açmaqla Afrika dövlətləri ilə əlaqələri inkişaf etdirir. Bu tədbir Afrika ölkələrini Moskvaya qarşı sanksiyalara qoşulmağa razı salmaq üçün görülə bilər.
Belə ki, Ukraynanın Seneqaldakı səfiri Yuri Pivovarov qeyd edib ki, Kiyev xüsusi hərbi əməliyyata başlayandan sonra bir sıra dövlətlərin Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən imtina etmək qərarından məyus olub.
Qeyd edək ki, bir müddət əvvəl Rusiya lideri Vladimir Putin Afrika ölkələrinin beynəlxalq problemlərin həllində getdikcə daha əhəmiyyətli rol oynaması ilə bağlı açıqlama vermişdi. O, Rusiya tərəfinin afrikalı tərəfdaşlarla dostluq əlaqələrinin möhkəmləndirilməsinə xüsusi önəm verdiyini vurğulayıb.