https://sputnik.az/20240725/susada-seysmik-stansiyanin-musahide-menteqesinde-zelzele-sensorlari-yerlesdirilib-466236272.html
Şuşada seysmik stansiyanın müşahidə məntəqəsində zəlzələ sensorları yerləşdirilib
Şuşada seysmik stansiyanın müşahidə məntəqəsində zəlzələ sensorları yerləşdirilib
Sputnik Azərbaycan
Sensorlar hətta səthi səs-küy olmadan yüksək dəqiqlikli mikrovibrasiyaları qeydə alır. 25.07.2024, Sputnik Azərbaycan
2024-07-25T16:07+0400
2024-07-25T16:07+0400
2024-07-25T16:41+0400
şuşa
qarabağın dirçəlişi və reinteqrasiyası
stansiya
seysmik aktivlik
respublika seysmoloji xidmət mərkəzi
seysmoloji xidmət mərkəzi
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970678_0:0:2000:1125_1920x0_80_0_0_827b0f0460b765d1eddb8248cb28aa57.jpg
BAKI, 25 iyul — Sputnik. Şuşa şəhəri ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi çərçivəsində seysmik stansiyanın müşahidə məntəqəsi üçün 100 metr dərinlikdə quyu qazılıb və polad borularla mühafizə olunub. Sputnik Azərbaycan Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsinə (AFAD) istinadən xəbər verir ki, quyuya iki yüksək həssaslıqlı zəlzələ sensorları yerləşdirilib. Sensorlar həm yer sürətini, həm də yer səthinin titrəyişini qeydə ala bilir. Bildirilib ki, sensorlar hətta səthi səs-küy olmadan yüksək dəqiqlikli mikrovibrasiyaları qeydə alır. Bundan sonrakı mərhələdə isə stansiyanın ətrafında xidməti-texniki infrastrukturun yaradılması, stansiya ətrafında istinad divarlarının hörülməsi və s. texniki işlər həyata keçiriləcək. Qeyd edək ki, Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyası və stansiyanın bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən birlikdə inşa edilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/10/455970678_0:0:1778:1333_1920x0_80_0_0_c80e5688dd01b157bf74422e456b434d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa, stansiya, seysmik aktivlik, respublika seysmoloji xidmət mərkəzi, seysmoloji xidmət mərkəzi
şuşa, stansiya, seysmik aktivlik, respublika seysmoloji xidmət mərkəzi, seysmoloji xidmət mərkəzi
Şuşada seysmik stansiyanın müşahidə məntəqəsində zəlzələ sensorları yerləşdirilib
16:07 25.07.2024 (Yenilənib: 16:41 25.07.2024) Sensorlar hətta səthi səs-küy olmadan yüksək dəqiqlikli mikrovibrasiyaları qeydə alır.
BAKI, 25 iyul — Sputnik. Şuşa şəhəri ətrafında yaradılan Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi çərçivəsində seysmik stansiyanın müşahidə məntəqəsi üçün 100 metr dərinlikdə quyu qazılıb və polad borularla mühafizə olunub.
Sputnik Azərbaycan Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsinə (AFAD) istinadən xəbər verir ki, quyuya iki yüksək həssaslıqlı zəlzələ sensorları yerləşdirilib. Sensorlar həm yer sürətini, həm də yer səthinin titrəyişini qeydə ala bilir.
Bildirilib ki, sensorlar hətta səthi səs-küy olmadan yüksək dəqiqlikli mikrovibrasiyaları qeydə alır.
Bundan sonrakı mərhələdə isə stansiyanın ətrafında xidməti-texniki infrastrukturun yaradılması, stansiya ətrafında istinad divarlarının hörülməsi və s. texniki işlər həyata keçiriləcək.
Qeyd edək ki, Şuşa-Daşaltı Dərin Quyu Seysmik Stansiyası və stansiyanın bazasında yaradılacaq Qarabağ və Şərqi Zəngəzur üzrə Regional Kompleks Seysmoloji Monitorinq Mərkəzi Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Halların İdarə olunması Zəlzələ və Risklərin azaldılması İdarəsi (AFAD) ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən birlikdə inşa edilir.