SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Polad Bülbüloğlu parlament seçkilərində iştirak edəcək

© Sputnik / Павел Бедняков / Mediabanka keçidЧрезвычайный и Полномочный Посол Азербайджанской Республики в РФ Полад Бюльбюль оглы
Чрезвычайный и Полномочный Посол Азербайджанской Республики в РФ Полад Бюльбюль оглы - Sputnik Azərbaycan, 1920, 25.07.2024
Abunə olmaq
124 saylı Şuşa-Ağdam-Xocavənd dairə seçki komitəsi Polad Bülbüloğlunun seçkilərdə iştiakı ilə bağlı məsləyə aydınlıq gətirib.
BAKI, 25 iyul — Sputnik. Polad Bülbüloğlu parlament seçkilərində iştirak etmək üçün müraciət edib.
124 saylı Şuşa-Ağdam-Xocavənd dairə seçki komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu parlament seçkilərində namizədliyinin qeydə alınması üçün sənədlərini təqdim edib.
İyulun 13-dən deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin qəbuluna başlanıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Xəbər lenti
0