Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yunanıstan Parisdəki Olimpiadanın açılışını “sivilizasiyanın süqutu” adlandırıb

© AP Photo / Rebecca BlackwellParisdəki Olimpiya kəndi
Parisdəki Olimpiya kəndi - Sputnik Azərbaycan, 1920, 27.07.2024
Abunə olmaq
Narazılığa, xüsusilə də Leonardo da Vinçinin “Son şam yeməyi” parodiyası ilə transvestit artistlərin* çıxışı səbəb olub.
BAKI, 27 iyul — Sputnik. 2024-cü ildə Parisdəki Yay Olimpiya Oyunlarının açılışını sivilizasiyanın süqutu adlandırıb.
Yunanıstanın pronews.gr portalı bu barədə məlumat verib.
Narazılığa, xüsusilə də Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” parodiyası ilə transvestit artistlərin* çıxışı səbəb olub.
“Bu, Qərb sivilizasiyasının tamamilə dağıldığını açıq şəkildə nümayiş etdirir. Olimpizm bayramını və onun ideallarının qeyd olunmasını transgenderlərin paradına çevirmək...” - məqalədə deyilib.
Xatırladaq ki, 2024-cü il Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçirilir. BOK Rusiyadan cəmi 15 idmançıya icazə verib. Olimpiadada Rusiya Federasiyası və Belarus idmançıları neytral statusda mübarizə aparacaqlar.
Bundan əvvəl Oyunların açılış mərasimində Olimpiya bayrağının başıaşağı asıldığı bildirilib.
25.07.24, 13:55
Parisdəki Olimpiya kəndində idmançılara yemək çatışmır
İdmançılar Parisin Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər.
Bu barədə "L'Équipe" yazıb.
Bəzi yarış iştirakçıları deyirlər ki, əsas restoranda bəzi ərzaq ehtiyatları çox ləng bərpa edilir. Məsələn, səhər yeməyində yumurta çatışmazlığını qeyd olunub.
© AP Photo / Rebecca BlackwellParisdəki Olimpiya kəndi
Parisdəki Olimpiya kəndi - Sputnik Azərbaycan, 1920, 25.07.2024
Parisdəki Olimpiya kəndi
Hazırda yeməyin təşkili üçün cavabdeh olan şirkət problemi həll etməyə çalışır.
Qeyd edək ki, Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.
Bundan əvvəl Sent-Etyen şəhərindəki stadionda Argentina və Mərakeş milli komandaları arasında Olimpiya Oyunlarının qrup mərhələsinin futbol matçının qalmaqalla keçdiyi bildirilib.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi Parisdə keçirilən Olimpiya Oyunlarını Rusiya ərazisində yayımlamağa başlayıb.
Xəbər lenti
0