Пейзаж гор в городе Гусар - Sputnik Azərbaycan, 1920
BÖLGƏ
Azərbaycanla qonşu ölkələrdə və ərazilərdə baş verən hadisələr

Lui Bono İrəvanda Qriqoryanla danışıqlar aparıb

© SputnikErmənistan TŞ katibi Armen Qriqoryan
Ermənistan TŞ katibi Armen Qriqoryan - Sputnik Azərbaycan, 1920, 25.07.2024
Abunə olmaq
Tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
BAKI, 25 iyul — Sputnik. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono ilə Ermənistan-Azərbaycan münasibətlərini müzakirə edib. Bu barədə Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Görüş İrəvanda baş tutub.
Tərəflər regional təhlükəsizlik və sabitlik məsələlərini, həmçinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini müzakirə ediblər.
Qriqoryan Ermənistan tərəfinin regionda hərtərəfli və davamlı sülhə sadiqliyini təsdiqləyib.
Xatırladaq ki, Lui Bono sonuncu dəfə bu il mayın sonunda Ermənistana səfər edib.
Xəbər lenti
0