Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əsədin Rusiya səfərinin pərdəarxası məqamları: Yaxın Şərq böyük müharibəyə hazırlaşır?

© Sputnik / Валерий ШарифулинBəşər Əsəd və Vladimir Putin
Bəşər Əsəd və Vladimir Putin
 - Sputnik Azərbaycan, 1920, 25.07.2024
Abunə olmaq
Politoloqun sözlərinə görə, bu gün Türkiyə Suriya münasibətlərinin nizamlanması üçün atılan addımlar həm də bu məsələlərlə bağlıdır.
BAKI, 25 iyul — Sputnik. Suriya prezidentinin Moskvaya səfəri regional gərginliyin şiddətləndiyi bir məqamda baş tutur ki, mən burada Qəzzada gedən müharibənin genişlənməsi ehtimallarını nəzərdə tututam. Bunu politoloq İlqar Vəlizadə deyib.
Politoloqun sözlərinə görə, Livanda güclü olan Hizbullah təşkilatı eləcə də, Suriyada güclüdür: "Hamıya bəllidir ki, Hizbullah İran dəstəklə silahlı qruplanşamadır. Hizbullahın İsraillə müharibəyə başlaması təkcə Livanla kifayətlənməyəcək. Suiryadakı Hizbullah təşkilatıda bu müharibənin episentirinə çevriləcək. İndiki şəraiti nəzərə aldıqda Əsədin Rusiyaya səfərinin mühüm məqamları bundan ibarətidr".
Politoloqun sözlərinə görə, bu gün Türkiyə Suriya münasibətlərinin nizamlanması üçün atılan addımlar həm də bu məsələlərlə bağlıdır: "Maraqlısı odur ki, İran, Rusiya, Türkiyə, Suriya Qəzza məsələsində ortaq mövqeyə malikdirlər. Bu baxımdan Suriya-Türkiyə arasında münasibətlərin normallaşması labüd məsələyə çevrilir. Qeyd etmək laızmdır ki, biz burada ABŞ-da yaxınlaşan seçkilər amilini də gözardı edə bilmərik. Bütün regional oyunçular ABŞ-da seçkilərin nəticəsində hakimiyyət dəyişikliyi fonunda öz strateji istiqamətlərini təqdim etməyə hazırlaşırlar. Bu baxımdan hesab edirəm ki, Əsədin Rusiyaya səfərində həm də Türkiyə prezidenti Ərdoğanla görüşün zəmini də formalaşdırılıb. Aparılan danışıqlar da bunu deməyə əsas verir. Rusiyanın vasitəçiliyi ilə Türkiyə-Suriya münasibətlərinin normallaşması ümumiregional təhlükəsizlik kontekstindən önəmlidir. Tərəflərin də buna meyl göstərməsi yaxın vaxtlarda Rusiyada tərəflərin danışıqlar aparması ehtimalını artırır".
© Sputnik / Валерий ШарифулинBəşər Əsəd və Vladimir Putin
. Президент РФ Владимир Путин и президент Сирии Башар Асад  - Sputnik Azərbaycan, 1920, 25.07.2024
Bəşər Əsəd və Vladimir Putin
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd iyulun 24-də Rusiyaya səfər edib. Rusiya və Suriya prezidentlərinin apardığı danışıqlarda bir çox regional və ikitərəfli münasibətləri əhatə edən mövzulara toxunulub. Bundan başqa Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın da Rusiyaya səfəri ilə bağlı aktiv hazırlıq işləri aparılır. Peskov Türkiyə prezidentinin səfərinin dəqiq tarixini açıqlamayıb.
Xəbər lenti
0