https://sputnik.az/20240725/ankara-yaxin-vaxtlarda-putinin-seferini-gozleyir---menbe-464250561.html
Putinin Türkiyəyə yolu göründü: Əsədlə danışıqlardan sonra növbə Ərdoğanındır
Putinin Türkiyəyə yolu göründü: Əsədlə danışıqlardan sonra növbə Ərdoğanındır
Sputnik Azərbaycan
Ərdoğan deyib ki, Putinin Türkiyəyə səfəri Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün yeni prosesin başlanğıcı ola bilər. 25.07.2024, Sputnik Azərbaycan
2024-07-25T11:27+0400
2024-07-25T11:27+0400
2024-07-25T11:25+0400
rusiya prezidenti vladimir putin
dünya xəbərləri
türkiyə
səfər
səfər
səfər
rəcəb tayyip ərdoğan
ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_0:178:3008:1870_1920x0_80_0_0_5fe49fcd1461b39ed0a7f1d05174b439.jpg
BAKI, 25 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq gedir, tarix hələ müəyyən edilməyib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə deyib. İyulun əvvəlində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ofisi də səfərin konkret tarixinin hələ müəyyən edilmədiyini bildirib. Ərdoğanın özü deyib ki, Putinin Türkiyəyə səfəri Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün yeni prosesin başlanğıcı ola bilər. İyulun 24-də Putin Kremldə Suriya prezidenti Bəşər Əsədi qəbul edib. Daha əvvəl Kreml rəsmisi bildirmişdi ki, Rusiyanın Türkiyə və Suriya nümayəndələri arasında təmasların təşkilinə yardım etməsi məsələsi gündəmdədir. Türkiyənin hökumətyönlü "Daily Sabah" qəzeti mənbəyə istinadən iddia edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında uzun illərdən sonra ilk görüş avqustda Moskvada baş tuta bilər. Mənbə iddia edir ki, Rusiya prezidenti Vladimir Putin danışıqlarda vasitəçi kimi çıxış edə bilər, İraqın baş naziri Məhəmməd əl-Sudaniyə də dəvət göndərilə bilər, görüşün əsas mövzusu qarşılıqlı ticarət olacaq. Daha sonra türkiyəli diplomatik mənbə yerli mətbuatın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin avqustda Moskvada planlaşdırılan görüşü ilə bağlı xəbərini təkzib edib.29.04.24, 22:40Ankara yaxın vaxtlarda Putinin səfərini gözləyir - MənbəRusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri yaxın vaxtlarda gözlənilir, lakin hələlik yekun tarix razılaşdırılmayıb. Bu barədə RİA Novosti-yə Türkiyə paytaxtındakı diplomatik mənbə bildirib. Rusiya prezidenti Vladimir Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını bildirib. "Hələlik konkret heç nə yoxdur, ümid edirik ki, səfərin tarixi yaxın vaxtlarda bəlli olacaq", - agentliyin həmsöhbəti bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Rusiya lideri Vladimir Putinin Türkiyəyə səfərinin tarixinin hələ müəyyən edilmədiyini deyib. Onun sözlərinə görə, o, rusiyalı həmkarı ilə daim əlaqə saxlayır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində təsdiqləyib ki, prezidentlər birbaşa görüşlərin olmamasını telefon danışıqları ilə kompensasiya edirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/10/446156758_140:0:2869:2047_1920x0_80_0_0_8a4430acc4199b2cee051332865c53a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, türkiyə, səfər, səfər, səfər, rəcəb tayyip ərdoğan, ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya prezidenti vladimir putin, türkiyə, səfər, səfər, səfər, rəcəb tayyip ərdoğan, ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Putinin Türkiyəyə yolu göründü: Əsədlə danışıqlardan sonra növbə Ərdoğanındır
Ərdoğan deyib ki, Putinin Türkiyəyə səfəri Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün yeni prosesin başlanğıcı ola bilər.
BAKI, 25 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlıq gedir, tarix hələ müəyyən edilməyib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə deyib.
İyulun əvvəlində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ofisi də səfərin konkret tarixinin hələ müəyyən edilmədiyini bildirib.
Ərdoğanın özü deyib ki, Putinin Türkiyəyə səfəri Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması üçün yeni prosesin başlanğıcı ola bilər.
İyulun 24-də Putin Kremldə Suriya prezidenti Bəşər Əsədi qəbul edib.
Daha əvvəl Kreml rəsmisi bildirmişdi ki, Rusiyanın Türkiyə və Suriya nümayəndələri arasında təmasların təşkilinə yardım etməsi məsələsi gündəmdədir.
Türkiyənin hökumətyönlü "Daily Sabah" qəzeti mənbəyə istinadən iddia edir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsəd arasında uzun illərdən sonra ilk görüş avqustda Moskvada baş tuta bilər.
Mənbə iddia edir ki, Rusiya prezidenti Vladimir Putin danışıqlarda vasitəçi kimi çıxış edə bilər,
İraqın baş naziri Məhəmməd əl-Sudaniyə də dəvət göndərilə bilər, görüşün əsas mövzusu qarşılıqlı ticarət olacaq.
Daha sonra türkiyəli diplomatik mənbə yerli mətbuatın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin avqustda Moskvada planlaşdırılan görüşü ilə bağlı xəbərini təkzib edib.
Ankara yaxın vaxtlarda Putinin səfərini gözləyir - Mənbə
Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri yaxın vaxtlarda gözlənilir, lakin hələlik yekun tarix razılaşdırılmayıb. Bu barədə RİA Novosti-yə Türkiyə paytaxtındakı diplomatik mənbə bildirib.
Rusiya prezidenti Vladimir Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını bildirib.
"Hələlik konkret heç nə yoxdur, ümid edirik ki, səfərin tarixi yaxın vaxtlarda bəlli olacaq", - agentliyin həmsöhbəti bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Rusiya lideri Vladimir Putinin Türkiyəyə səfərinin tarixinin hələ müəyyən edilmədiyini deyib. Onun sözlərinə görə, o, rusiyalı həmkarı ilə daim əlaqə saxlayır.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində təsdiqləyib ki, prezidentlər birbaşa görüşlərin olmamasını telefon danışıqları ilə kompensasiya edirlər.