Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Xarici valyutanın ölkədən çıxarılması qadağan edilir?

© AFP 2024 / ASIF HASSANDollar
Dollar - Sputnik Azərbaycan, 1920, 24.07.2024
Abunə olmaq
Deputat bu ilin fevralında Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə edilən bir sıra dəyişiklikləri şərh edib.
BAKI, 24 iyul — Sputnik. "Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar"ın miqyası daha da dəqiqləşib. Belə ki, valyuta sərvətləri və milli valyutanın bəyan edilməsi rejiminin tələbləri çərçivəsində bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş valyuta sərvətləri və milli valyutanın aşkar edilməsi hallarında onların hərəkəti dayandırılır, yəni aparılmasına icazə verilmir.
© Photo : Social media page of Vügar BayramovVüqar Bayramov
Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 24.07.2024
Vüqar Bayramov
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında bildirib.
O qeyd edib ki, burada söhbət eyni zamanda inzibati araşdırmanın və ya cinayət təqibinin aparılması zamanı valyuta sərvətləri və milli valyutanın maddi sübut qismində götürülməsi halları istisna olmaqla onların bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi hallarından gedir.
Deputat bu ilin fevralında Nazirlər Kabinetinin təsdiq etdiyi sənədə edilən bir sıra dəyişiklikləri şərh edib. Onun sözlərinə görə, dəyişikliklərdən biri valyuta sərvətləri və milli valyutanın hərəkətinin dayandırılması ilə bağlı indikatorların siyahısı ilə bağlıdır:
"Yeni qərara əsasən, valyuta sərvətləri və milli valyutanı gömrük sərhədindən keçirən şəxsin gömrük işi sahəsində cinayətlərə görə məhkumluq müddətində və ya gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati tənbehin icra olunduğu vaxtdan sonrakı bir il ərzində müvafiq hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsi faktının müəyyən olunması da indikatorlardan biri kimi götürüləcək. Bu maddə üzrə əvvəlki redaksiyada şəxsin yalnız gömrük işi sahəsində hüquqpozmalarla əlaqədar əvvəllər məsuliyyətə cəlb edilməsinin müəyyən olunması nəzərdə tutulurdu.
Bütövlükdə, qərarın qəbulunda məqsəd ölkədən qanunsuz valyuta çıxarılmasına qarşı mübarizənin gücləndirilməsi, aydın və ölçüləbilən indikatorlar ilə prosesdə şəffaflıq və hesabatlığı daha da artırmaqdır.
Qeyd edək ki, söhbət Baş nazir tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 12 fevral tarixli 83 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valyuta sərvətləri və milli valyutanın transsərhəd daşınması zamanı onların hərəkətinin dayandırılmasına dair Qaydalar”da dəyişiklik edilməsi haqqında" qərardan gedir.
Qərar rəsmi mətbuatda iyulun 24-də çap edildiyi üçün həmin gündən qüvvəyə minir.
Əlavə edək ki, bu qaydalar "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müəyyənləşdirilib".
Xəbər lenti
0