DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail Livandan atılan raketləri zərərsizləşdirdi

© AFP 2024 / JALAA MAREYİsrail hərbçiləri, arxiv
İsrail hərbçiləri, arxiv - Sputnik Azərbaycan, 1920, 24.07.2024
Abunə olmaq
İsrail Ordusu Livandakı atəş mənbələrinə zərbələr endirir.
BAKI, 30 iyul — Sputnik. İsrail Müdafiə Qüvvələri (IDF) Livandan İsrailin şimal ərazilərinə 10-a yaxın raket buraxılışını qeydə alıb. Raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib.
Bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Yuxarı Qaliley bölgəsində siren səsləndikdən sonra Livandan İsrail ərazisinə 10-a yaxın mərmi düşüb, onların əksəriyyətinin qarşısı alınıb. Hazırda İsrail Ordusu atəş mənbələrinə zərbələr endirir" - ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
Bundan əvvəl İsrail rəsmiləri Yuxarı Qalileydəki A-Qoşrim kəndində 30 yaşlarında bir kişinin raket hücumu nəticəsində aldığı yaralardan öldüyünü bildirmişdi.
İsrail-Livan sərhədində vəziyyət 2023-cü ilin oktyabrında İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başlamasından sonra pisləşib. İsrail ordusu və Livandakı Hizbullah döyüşçüləri hər gün sərhəddə yerləşən ərazilərdə bir-birinin mövqelərini atəşə tutur.
Livan Xarici İşlər Nazirliyinin məlumatına görə, İsrailin atəşi nəticəsində Livanın cənubunda 100 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. İsrail tərəfi İsrailin şimalında oxşar vəziyyətlə üzləşən təxminən 80 min sakin haqqında məlumat verib.
24.07.24, 22:00
İsrail səfiri Livanla müharibəyə başlamağa hazır olduqlarını bəyan edib
İsrail hərbi mövqeyini nümayiş etdirməkdə davam edir, Fələstin və Qəzza zolağından Livana keçməyə hazırdır. İsrailin Rusiyadakı səfiri Simona Qalperin 24 iyul 2024-cü ildə jurnalistlərə bildirib ki, ölkə "Livanla tammiqyaslı müharibəyə başlamağa tam hazırdır".
Bu bərədə Rusiya mediası xəbər verib.
Qalperinin sözlərinə görə, İsrail, əlbəttə ki, "müharibənin tərəfdarı deyil". Lakin Livan guya "onlara başqa seçim buraxmır" və Qüds öz sərhədlərinin şimalında genişmiqyaslı hərbi əməliyyatların başlamasına hazırlaşır.
Hazırda İsrail öz bəyanatları ilə Livana diplomatiyaya keçmək və münaqişə başlayana qədər hər şeyi danışıqla həll etmək şansı verir.
Xatırladaq ki, bir çox ərəb radikal qruplaşmaları Qəzza zolağında öldürülən on minlərlə əhalinin intiqamına cavab olaraq yaxınlıqdakı ərəb dövlətlərinin ərazilərindən İsrailə zərbələr endirirlər.
Bu yaxlnlarda "KP.RU" qeyd edib ki, BMT məhkəməsi İsrailin Fələstin ərazisində məskunlaşmasını beynəlxalq hüququ pozduğu üçün qeyri-qanuni hesab edib. Qəzzada dinc əhalinin öldürülməsi hələ də soyqırım və ya hüquqların pozulması kimi tanınmayıb.
Xəbər lenti
0