https://sputnik.az/20240724/sabiq-nazirin-qardasinin-deputatliga-namizedliyi-saxtakarliga-gore-legv-edildi-466214842.html
Sabiq nazirin qardaşının deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edildi
Sabiq nazirin qardaşının deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edildi
Sputnik Azərbaycan
Şikayəti araşdıran MSK üzvü E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib. 24.07.2024, Sputnik Azərbaycan
2024-07-24T18:47+0400
2024-07-24T18:47+0400
2024-07-24T18:47+0400
deputat
cəmiyyət
elton məmmədov
ziya məmmədov
nəqliyyat
milli məclis
deputat
msk
https://cdnn1.img.sputnik.az/img/42038/22/420382272_0:0:1000:563_1920x0_80_0_0_daecfd21a2682bbccba391ffaa3fa4f6.jpg
BAKI, 24 iyul — Sputnik. Deputatlığa namizəd Elton Arzuman oğlu Məmmədov haqqında Mərkəzi Seçki Komissiyasına şikayət edilib. "Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib. Qeyd edilib ki, E.Məmmədov 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olmaq üçün müraciət edib. Şəxs haqqında bir qrup seçici tərəfindən daxil olan şikayəti araşdıran MSK üzvü Qabil Orucov E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib. Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb. MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır. Şikayət Mərkəzi Seçki Komissiyasında müzakirə olunub. Yekun qərara əsasən, dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv edilib. Qərar səsverməyə qoyularaq qəbul edilib.Qeyd edək ki, Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. O, Azərbaycan Respublikası Milli Məclisinin II, III və IV çağırış deputatı olub. AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42038/22/420382272_173:0:1000:620_1920x0_80_0_0_6170bad688f86d58f10c3fed262b6749.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
deputat, elton məmmədov, ziya məmmədov, nəqliyyat, milli məclis, deputat, msk
deputat, elton məmmədov, ziya məmmədov, nəqliyyat, milli məclis, deputat, msk
Sabiq nazirin qardaşının deputatlığa namizədliyi saxtakarlığa görə ləğv edildi
Şikayəti araşdıran MSK üzvü E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib.
BAKI, 24 iyul — Sputnik. Deputatlığa namizəd Elton Arzuman oğlu Məmmədov haqqında Mərkəzi Seçki Komissiyasına şikayət edilib.
"Report" xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
Qeyd edilib ki, E.Məmmədov 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olmaq üçün müraciət edib.
Şəxs haqqında bir qrup seçici tərəfindən daxil olan şikayəti araşdıran MSK üzvü Qabil Orucov E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib. Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb.
MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır.
Şikayət Mərkəzi Seçki Komissiyasında müzakirə olunub.
Yekun qərara əsasən, dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv edilib.
Qərar səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. O, Azərbaycan Respublikası Milli Məclisinin II, III və IV çağırış deputatı olub. AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb.