SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İran XİN-də Azərbaycanla əlaqələr müzakirə edilib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və İran bayraqları
Azərbaycan və İran bayraqları - Sputnik Azərbaycan, 1920, 23.07.2024
Abunə olmaq
Görüş çərçivəsində ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.
BAKI, 23 iyul — Sputnik. Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin (XİN) Avrasiya İdarəsinin rəisi Moctəba Dəmirçilu və Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi ilə görüş keçirib.
Bu barədə Azərbaycanın İrandakı Səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüş çərçivəsində ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.
Azərbaycanın İrandakı səfirliyi təxminən 1,5 ildən sonra yenidən fəaliyyətə başlayıb.
Səfirlik İranın Tehran vilayətinin Şemiranat rayonunun Derrus qəsəbəsindəki yeni ünvanında fəaliyyətini bərpa edib.
Bina hündür divarlar və məftil hasarlarla əhatə olunub.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin mühafizə rəisi həlak olub, iki mühafizəçi yaralanıb. Tehran polis rəisi Hüseyn Rəhimi təcavüzkarın hadisədən sonra tutulduğunu və ilkin araşdırmalara görə, hücumun "şəxsi və ailəvi problemlərə görə" törədildiyini demişdi. (Sonralar Rəhimi işdən çıxarılıb.)
Azərbaycan prezidenti İlham Əliyev hücumu terror aktı kimi qiymətləndirib.
Hücumdan sonra Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti 29 yanvar 2023-cü il tarixində dayandırılmış və bütün işçilər ailələri ilə birlikdə paytaxt Bakıya qayıtmışdılar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0