https://sputnik.az/20240723/qirgizistanda-sirket-adlarinda-dini-xarakterli-sozlerden-istifade-qadagan-edilib-466194155.html
Qırğızıstanda şirkət adlarında dini xarakterli sözlərdən istifadə qadağan edilib
Qırğızıstanda şirkət adlarında dini xarakterli sözlərdən istifadə qadağan edilib
Sputnik Azərbaycan
Ölkə parlamentinin deputatları bəyan ediblər ki, bəzi ruhu təmiz olmayan insanlar bu yolla iman arxasında gizlənir və qırğız xalqını aldadırlar. 23.07.2024, Sputnik Azərbaycan
2024-07-23T23:00+0400
2024-07-23T23:00+0400
2024-07-23T23:00+0400
qırğız respublikası
dünya xəbərləri
dini
ad
kommersiya
hüquqi şəxs
istifadə
https://cdnn1.img.sputnik.az/img/07e4/08/15/424736826_4:0:2000:1123_1920x0_80_0_0_b7685c32cc104bdcd5470c37d70bab20.jpg
BAKI, 23 iyul — Sputnik. Qırğızıstanda şirkətlərin adlarında dini xarakterli sözlərdən istifadə qadağan edilib. İyunun 27-də Joqorku Keneşdə (parlament) qəbul edilən Mülki Məcəlləyə dəyişikliklər haqqında qanunu Prezident Sadır Japarov imzalayıb. Bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, nizamnamələrində əsas məqsəd gəlir əldə etmək olaraq qeyd edilməyən dini qeyri-kommersiya təşkilatları, habelə normativ hüquqi aktlarda nəzərdə tutulmuş hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxslərin şirkət adlarında dini xarakterli sözlərin, terminlərin və təriflərin istifadəsinə icazə verilmir. Eyni zamanda, müəyyən edilir ki, dini xarakterli sözlərin, terminlərin, təriflərin siyahısı və onlardan istifadə qaydası Qırğız Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu təşəbbüslə deputatlar çıxış ediblər. Onlar bildiriblər ki, ruhu təmiz olmayan insanlar iman arxasında gizlənir və qırğız xalqını aldadırlar.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/15/424736826_280:0:1777:1123_1920x0_80_0_0_756a9619d26eacc5d1414af8746edd07.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qırğız respublikası, dini, ad, kommersiya, hüquqi şəxs, istifadə
qırğız respublikası, dini, ad, kommersiya, hüquqi şəxs, istifadə
Qırğızıstanda şirkət adlarında dini xarakterli sözlərdən istifadə qadağan edilib
Ölkə parlamentinin deputatları bəyan ediblər ki, bəzi ruhu təmiz olmayan insanlar bu yolla iman arxasında gizlənir və qırğız xalqını aldadırlar.
BAKI, 23 iyul — Sputnik. Qırğızıstanda şirkətlərin adlarında dini xarakterli sözlərdən istifadə qadağan edilib. İyunun 27-də Joqorku Keneşdə (parlament) qəbul edilən Mülki Məcəlləyə dəyişikliklər haqqında qanunu Prezident Sadır Japarov imzalayıb. Bu barədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, nizamnamələrində əsas məqsəd gəlir əldə etmək olaraq qeyd edilməyən dini qeyri-kommersiya təşkilatları, habelə normativ hüquqi aktlarda nəzərdə tutulmuş hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxslərin şirkət adlarında dini xarakterli sözlərin, terminlərin və təriflərin istifadəsinə icazə verilmir.
Eyni zamanda, müəyyən edilir ki, dini xarakterli sözlərin, terminlərin, təriflərin siyahısı və onlardan istifadə qaydası Qırğız Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
Bu təşəbbüslə deputatlar çıxış ediblər. Onlar bildiriblər ki, ruhu təmiz olmayan insanlar iman arxasında gizlənir və qırğız xalqını aldadırlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.