Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev: Misirlə münasibətlərimizə böyük əhəmiyyət veririk

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
 - Sputnik Azərbaycan, 1920, 23.07.2024
Abunə olmaq
Azərbaycanın dövlət başçısı Misir liderini təbrik edib.
BAKI, 23 iyul — Sputnik. Biz Misir ilə ənənəvi dostluq və əməkdaşlıq münasibətlərimizə böyük əhəmiyyət veririk. Bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə təbrik məktubunda yer alıb.
Məktubda, həmçinin deyilir:

"Hazırda ölkələrimiz arasında əlaqələrin dərinləşməsi, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar yaranmışdır. Siyasi dialoqumuzun müntəzəm xarakter daşıması birgə fəaliyyətimizin inkişafına öz müsbət təsirini göstərir. Bu baxımdan iyun ayının əvvəlində Misirə həyata keçirdiyim səfər çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Əminəm ki, dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik".

Dövlət başçısı bu bayram günündə Prezident Əbdülfəttah əs-Sisiyə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Xatırladaq ki, cari ilin iyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərə gedib.
İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək görüşü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0