DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Polşanın sabiq prezidenti: Bayden "şərəfini xilas edib"

© AFP 2024 / MATEUSZ SLODKOWSKILex Valensa, arxiv şəkli
Lex Valensa, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.07.2024
Abunə olmaq
Dmitri Peskov bildirib ki, Kreml Baydenin prezidentlik yarışından geri çəkilmək qərarına təəccüblənməyib.
BAKI, 23 iyul — Sputnik. ABŞ lideri Co Bayden qalib gəlmək şansı olmadığı üçün prezidentlik yarışından geri çəkilməklə "şərəfini xilas edib". Bunu Polşanın sabiq rəhbəri Lex Valensa "Goniec" portalına deyib.
Valensa qeyd edib ki, Donald Trampa sui-qəsd cəhdindən sonra Bayden seçkilərdə qalib gəlmək şansını itirib.

"Buna görə də o, öz şərəfini və bütün tərəfdarlarının şərəfini qoruyaraq düzgün iş görüb", - Polşanın keçmiş prezidenti vurğulayıb.

Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Baydenin prezidentlik yarışından geri çəkilmək qərarına təəccüblənməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0