https://sputnik.az/20240723/jurnalistikada-1000-manatdan-yuxari-maas-alanlarin-dinamikasinda-artim-var-466177349.html
Jurnalistikada 1000 manatdan yuxarı maaş alanların dinamikasında artım var
Jurnalistikada 1000 manatdan yuxarı maaş alanların dinamikasında artım var
Sputnik Azərbaycan
Müşfiq Ələsgərli bildirib ki, hazırda ölkənin informasiya yükünü çəkən 200-300 KİV var. 23.07.2024, Sputnik Azərbaycan
2024-07-23T13:00+0400
2024-07-23T13:00+0400
2024-07-23T13:00+0400
jurnalistika
cəmiyyət
mətbuat
gün
jurnalistlərin həmkarlar ittifaqının sədri müşfiq ələsgərli
say
jurnalist
https://cdnn1.img.sputnik.az/img/40766/01/407660188_0:77:2000:1202_1920x0_80_0_0_691471d66e19ca97a744e987a30808e6.jpg
BAKI, 23 iyul — Sputnik. Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Milli Mətbuat Günündə Sputnik Azərbaycan Multimedia Mərkəzinin qonağı olub. JuHİ sədri medianın inkişafı istiqamətində görülən işlərdən, bu sahədə olan problemlərdən, sosial şəbəkələrin populyar olduğu dövrdə mediada peşəkarlığın qorunması üçün atılan addımlardan, eləcə də jurnalistlərin üzləşdiyi çətinliklərdən danışıb. M.Ələsgərli bildirib ki, Azərbaycan jurnalistikası 149 ildə kifayət qədər inkişaf yolu keçib. Azərbaycan mediasında istər məzmun, istər texnoloji, istər də struktur baxımından son illər bir yenilənmə və inkişaf gedir. Onun sözlərinə görə, dövlət başçısının media sahəsində islahatların dərinləşməsi ilə bağlı sərəncam uğurlu nəticələr verir. O, bildirib ki, Azərbaycan jurnalistikası cəmiyyətin marağında olan informasiyanı cəmiyyətə təqdim edə bilir. Hədəf isə cəmiyyətin mediadan gözləntilərini doğrultmaqdır. M.Ələsgərli sosial medianın populyar olduğu dövrdə saxta məlumatların yayılmasından, bunun qarşısını almaq üsullarından da danışıb. M.Məmmədli cəmiyyətdə feyk xəbərlərin yayılmasının qarşısını almağın digər yolunun aidiyyatı qurumların operativ şəkildə məlumatı yaymasında görür. "Dövlət qurumları məlumatları vaxtında yayarlarsa, bu saxta xəbərlərin yayılmasının da qarşısını alar. Ona görə də, hər bir qurumun ictimaiyyətə məsul olan şəxsi məlumatı ya öz saytı, yaxud da sosial şəbəkə hesabı, yaxud da media vasitəsilə cəmiyyətə vaxtında ötürməlidir ki, saxta xəbərlər yayılmasın. Həmçinin jurnalistlərin sorğularına operativ şəkildə cavab verilməlidir. Bütün bunlar saxta məlumatların yayılmasının qarşısını alan ən yaxşı üsullardır", - deyə Müşfiq Ələsgərli bildirib. Təşkilat rəhbəri jurnalistlərin əmək hüququnun pozulması ilə bağlı JuHİ-ə müraciətlər daixl olduğunu söyləyib. Bildirib ki, son illər jurnalistlərin çalışdığı redaksiyalarda əmək müqavilələrinin bağlanılması ilə bağlı qanunvericiliyə əməl edilir. 1000 manatdan yuxarı maaş alanların dinamikasında artım var:M.Ələsgərli onu da qeyd edib ki, 2020-ci ilə qədər 5360-dan yuxarı KİV, orta hesabla 28 mindən çox jurnalist olduğu bildirilirdi. Amma bu real rəqəm deyildi. Media reyestrinin yaradılmasından sonra məlum oldu ki, ölkənin informasiya yükünü çəkən 200-300 KİV var. Media reyestrinin tətbiqindən sonra jurnalistikanın çevrəsi müəyyənləşib. JuHİ sədrinin sözlərinə görə, jurnalistlər son illər daha çox əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək haqları ilə bağlı həmkarlar ittifaqına müraciət edirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40766/01/407660188_147:0:1854:1280_1920x0_80_0_0_e687b3980f136a6434f9435f7dff96b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
jurnalistika, mətbuat, gün, jurnalistlərin həmkarlar ittifaqının sədri müşfiq ələsgərli, say, jurnalist
jurnalistika, mətbuat, gün, jurnalistlərin həmkarlar ittifaqının sədri müşfiq ələsgərli, say, jurnalist
Jurnalistikada 1000 manatdan yuxarı maaş alanların dinamikasında artım var
Müşfiq Ələsgərli bildirib ki, hazırda ölkənin informasiya yükünü çəkən 200-300 KİV var.
BAKI, 23 iyul — Sputnik. Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Milli Mətbuat Günündə Sputnik Azərbaycan Multimedia Mərkəzinin qonağı olub. JuHİ sədri medianın inkişafı istiqamətində görülən işlərdən, bu sahədə olan problemlərdən, sosial şəbəkələrin populyar olduğu dövrdə mediada peşəkarlığın qorunması üçün atılan addımlardan, eləcə də jurnalistlərin üzləşdiyi çətinliklərdən danışıb.
M.Ələsgərli bildirib ki, Azərbaycan jurnalistikası 149 ildə kifayət qədər inkişaf yolu keçib. Azərbaycan mediasında istər məzmun, istər texnoloji, istər də struktur baxımından son illər bir yenilənmə və inkişaf gedir. Onun sözlərinə görə, dövlət başçısının media sahəsində islahatların dərinləşməsi ilə bağlı sərəncam uğurlu nəticələr verir. O, bildirib ki, Azərbaycan jurnalistikası cəmiyyətin marağında olan informasiyanı cəmiyyətə təqdim edə bilir. Hədəf isə cəmiyyətin mediadan gözləntilərini doğrultmaqdır.
M.Ələsgərli sosial medianın populyar olduğu dövrdə saxta məlumatların yayılmasından, bunun qarşısını almaq üsullarından da danışıb.
"Dünya statistika mərkəzlərinin apardığı statistikalardan belə məlum olub ki, sosial şəbəkələr və bütövlükdə internet resursları üzərindən yayılan məlumatların 60 faizi feyk xəbərlərdir. Sosial şəbəkələrin mahiyyəti insanların sərbəst fikir paylaşma platformasıdır. Onların həqiqəti axtarıb tapmaq missiyası yoxdur. Həqiqəti axtarıb tapmaq medianın missiyasıdır. Bu baxımdan bu baxış subyektivdir və həqiqəti əks etdirməyə də bilər. Amma yaxşı haldır ki, son illər sosial şəbəkə seqmentində yayılan xəbərlərin çoxu peşəkar medianın hazırladığı xəbərlərdir. Sosial platformada feyk xəbərlərin yayılmasının qarşısını almağın yeganə yolu bu seqmentdə doğru xəbər bolluğu yaratmaqdır", - deyə JuHİ sədri bildirib.
M.Məmmədli cəmiyyətdə feyk xəbərlərin yayılmasının qarşısını almağın digər yolunun aidiyyatı qurumların operativ şəkildə məlumatı yaymasında görür.
"Dövlət qurumları məlumatları vaxtında yayarlarsa, bu saxta xəbərlərin yayılmasının da qarşısını alar. Ona görə də, hər bir qurumun ictimaiyyətə məsul olan şəxsi məlumatı ya öz saytı, yaxud da sosial şəbəkə hesabı, yaxud da media vasitəsilə cəmiyyətə vaxtında ötürməlidir ki, saxta xəbərlər yayılmasın. Həmçinin jurnalistlərin sorğularına operativ şəkildə cavab verilməlidir. Bütün bunlar saxta məlumatların yayılmasının qarşısını alan ən yaxşı üsullardır", - deyə Müşfiq Ələsgərli bildirib.
Təşkilat rəhbəri jurnalistlərin əmək hüququnun pozulması ilə bağlı JuHİ-ə müraciətlər daixl olduğunu söyləyib. Bildirib ki, son illər jurnalistlərin çalışdığı redaksiyalarda əmək müqavilələrinin bağlanılması ilə bağlı qanunvericiliyə əməl edilir. 1000 manatdan yuxarı maaş alanların dinamikasında artım var:
"Ümumilikdə son illər jurnalistikada1000-2000 manat maaş alan jurnalistlərin əmək haqlarının həcmində artım var. Onlar jurnalistikada 30 faiz təşkil edir. Amma daha çox jurnalist 500-1000 manat maaş alır".
M.Ələsgərli onu da qeyd edib ki, 2020-ci ilə qədər 5360-dan yuxarı KİV, orta hesabla 28 mindən çox jurnalist olduğu bildirilirdi. Amma bu real rəqəm deyildi. Media reyestrinin yaradılmasından sonra məlum oldu ki, ölkənin informasiya yükünü çəkən 200-300 KİV var. Media reyestrinin tətbiqindən sonra jurnalistikanın çevrəsi müəyyənləşib.
JuHİ sədrinin sözlərinə görə, jurnalistlər son illər daha çox əmək münasibətlərinin rəsmiləşdirilməsi və əmək haqları ilə bağlı həmkarlar ittifaqına müraciət edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.