Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Banklar üçün uğurlu yarımil: AMB aktivlərin və mənfəətin həcmini açıqlayıb

© Sputnik / Murad OrujovAzərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı - Sputnik Azərbaycan, 1920, 23.07.2024
Abunə olmaq
Altı ayda Azərbaycanın bank sektorunun aktivləri 11,3% artıb. İlin birinci yarısında problemli kreditlər bir qədər azalıb.
BAKI, 23 iyul — Sputnik. 2024-cü ilin birinci yarısında Azərbaycanın bank sektoru 614 milyon manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9% çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatında deyilib.
Məlumatda göstərilib ki, altı ayda respublikanın bank sektorunun aktivləri 50,3 milyard manat təşkil edib ki, bu da bir il əvvəlkindən 11,3 faiz çoxdur.
Eyni zamanda, müştərilərə verilmiş kreditlər bank aktivlərinin 23,9 milyard manatını təşkil edib. Qeyd edək ki, bu dövrdə bank sektorunun kredit portfeli 19,5%, kreditlərin aktivlərdə xüsusi çəkisi isə 44,4%-dən 47,6%-ə yüksəlib.
Hesabata görə, ilin birinci yarısında bank sektorunun öhdəlikləri 12,2% artaraq 44 milyard manatdan çox olub. Bununla yanaşı, depozit portfeli 9,8% artaraq 35,1 milyard manata çatıb ki, bunun da 13,8 milyard manatı fiziki şəxslərin, 21,3 milyard manatı isə hüquqi şəxslərin əmanətlərinin payına düşüb.
Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.07.2024
Manat
AMB-nin məlumatında o da bildirilib ki, ilin birinci yarısında banklarda əhalinin vəsaitləri 11,3%, şirkətlərin vəsaitləri isə 8,8% artıb.
Problemli kreditlərin azaldılması
AMB-nin hesabatında bildirilib ki, 2024-cü il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği ay ərzində 3,2% azalaraq 451,7 milyon manat təşkil edib.
Bununla yanaşı, ölkədə problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 3,2% artsa da, son bir ildə 10,1% azalıb. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7% təşkil edib.
AMB onu da bildirib ki, bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 230,3 milyon manat kredit verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5% çoxdur.
Hesabat dövründə fond tərəfindən yenidən maliyyələşdirilən kreditlərin məbləği 7,8% azalaraq 195,2 milyon manat təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0