Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişib

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidGömrük
Gömrük - Sputnik Azərbaycan, 1920, 23.07.2024
Abunə olmaq
Qərara əsasən, gömrük orqanlarının malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər etməsinə və yaxud onu geri götürməsinə icazə verilən halların sayı artırılıb.
BAKI, 23 iyul — Sputnik. Nazirlər Kabineti 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda dəyişiklik edib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, gömrük orqanlarının malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər etməsinə və yaxud onu geri götürməsinə icazə verilən halların sayı artırılıb. Siyahiya aşağıdakı hallar da əlavə edilib:
malların buraxılışı həyata keçirildikdən sonra 3 il müddətində bəyannaməçi malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda;
Gömrük Məcəlləsinin 46-cı fəslinə uyğun olaraq gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;
bu Qaydaların 14.10-cu bəndində göstərilmiş hal istisna olmaqla, aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;
yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0