https://sputnik.az/20240723/abs-musaviri-bu-il-artiq-ermenistan-mudafie-nazirliyinde-ise-baslayacaq---abs-sefirliyi-466188915.html
ABŞ müşaviri bu il artıq Ermənistan Müdafiə Nazirliyində işə başlayacaq - ABŞ səfirliyi
ABŞ müşaviri bu il artıq Ermənistan Müdafiə Nazirliyində işə başlayacaq - ABŞ səfirliyi
Sputnik Azərbaycan
Andrey Nastasin qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycanı NATO sammitinə dəvət etməklə onları Rusiyadan uzaqlaşdırmağa çalışır. 23.07.2024, Sputnik Azərbaycan
2024-07-23T20:49+0400
2024-07-23T20:49+0400
2024-07-23T20:49+0400
abş səfirliyi
dünya xəbərləri
ermənistan
təhlükəsizlik şurası
nato
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0e/458620838_0:0:1280:721_1920x0_80_0_0_e51309716a7b0539a4769b1de63d966b.jpg
BAKI, 23 iyul — Sputnik. ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyinə məsləhətçi təyin edilməsi respublikaya təhlükəsizlik idarəçiliyini təkmilləşdirməkdə yardım etmək məqsədi daşıyır. Məsləhətçi bu il işə başlayacaq. Bu barədə ABŞ-ın İrəvandakı səfirliyindən bildiriblər. Bu yaxınlarda ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağını bildirib. Səfirlik söhbətin Dövlət Departamentinin maliyyələşdirəcəyi mülki məsləhətçidən bəhs etdiyini qeyd edib. Məsləhətçinin həmçinin Ermənistanın müdafiə institutlarının gücləndirilməsinə kömək edəcəyi, ABŞ səfirliyi və Müdafiə Nazirliyi ilə müntəzəm işgüzar əlaqələri davam etdirəcəyi də dəqiqləşdirilib. "Mülki məsləhətçinin seçimi başa çatıb və o, bu il işə başlayacaq", - diplomatik nümayəndəlikdən bildirilib. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mart ayında ölkənin iqtisadiyyatın, siyasətin və təhlükəsizlik sahəsinin şaxələndirilməsi yolu ilə getdiyini və təkcə Qərbdə deyil, həm də Asiyada da tərəfdaşlar əldə etdiyini bildirib.TŞ katibi vurğulayıb ki, Qərb ölkələri İrəvanı Moskva ilə münasibətləri korlamağa məcbur etmir. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bəyan edib ki, ABŞ Ermənistan və Azərbaycanı NATO sammitinə dəvət etməklə onları Rusiyadan uzaqlaşdırmağa çalışır.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/0e/458620838_0:0:1218:913_1920x0_80_0_0_46efd4466083aa369063c8c5bac13c19.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
abş səfirliyi, ermənistan, təhlükəsizlik şurası, nato, müdafiə nazirliyi
abş səfirliyi, ermənistan, təhlükəsizlik şurası, nato, müdafiə nazirliyi
ABŞ müşaviri bu il artıq Ermənistan Müdafiə Nazirliyində işə başlayacaq - ABŞ səfirliyi
Andrey Nastasin qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycanı NATO sammitinə dəvət etməklə onları Rusiyadan uzaqlaşdırmağa çalışır.
BAKI, 23 iyul — Sputnik. ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyinə məsləhətçi təyin edilməsi respublikaya təhlükəsizlik idarəçiliyini təkmilləşdirməkdə yardım etmək məqsədi daşıyır. Məsləhətçi bu il işə başlayacaq. Bu barədə ABŞ-ın İrəvandakı səfirliyindən bildiriblər.
Bu yaxınlarda ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya ABŞ ordusunun nümayəndəsinin Ermənistan Müdafiə Nazirliyində çalışacağını bildirib.
"Ermənistan Müdafiə Nazirliyində ABŞ ordusunun nümayəndəsini təyin etməklə Vaşinqton İrəvana təhlükəsizlik idarəçiliyini təkmilləşdirməkdə yardım etmək niyyətindədir ki, bu da öz növbəsində Ermənistan-ABŞ münasibətlərinin möhkəmlənməsinə kömək edəcək", - diplomatik nümayəndəlikdən "Armenpress" dövlət agentliyinin sorğusuna cavab olaraq bildiriblər.
Səfirlik söhbətin Dövlət Departamentinin maliyyələşdirəcəyi mülki məsləhətçidən bəhs etdiyini qeyd edib. Məsləhətçinin həmçinin Ermənistanın müdafiə institutlarının gücləndirilməsinə kömək edəcəyi, ABŞ səfirliyi və Müdafiə Nazirliyi ilə müntəzəm işgüzar əlaqələri davam etdirəcəyi də dəqiqləşdirilib.
"Mülki məsləhətçinin seçimi başa çatıb və o, bu il işə başlayacaq", - diplomatik nümayəndəlikdən bildirilib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mart ayında ölkənin iqtisadiyyatın, siyasətin və təhlükəsizlik sahəsinin şaxələndirilməsi yolu ilə getdiyini və təkcə Qərbdə deyil, həm də Asiyada da tərəfdaşlar əldə etdiyini bildirib.
TŞ katibi vurğulayıb ki, Qərb ölkələri İrəvanı Moskva ilə münasibətləri korlamağa məcbur etmir. Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bəyan edib ki, ABŞ Ermənistan və Azərbaycanı NATO sammitinə dəvət etməklə onları Rusiyadan uzaqlaşdırmağa çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.