SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Aİ strukturları sülhün yox şovinist dairələrin yanında olmağı seçirlər - Aydın Mirzəzadə

© AP Photo / Kirsty WigglesworthAİ bayraqları, arxiv
Aİ bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 23.07.2024
Abunə olmaq
Politoloq deyib ki, adı və mahiyyəti ziddiyyət təşkilat edən bu fond eskalasiyaların maliyyələşməsində iştirak edir,
BAKI, 23 iyul — Sputnik. Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib.
Bildirilib ki, yardımın məqsədi Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki imkanlarını artırmaq, böhran və fövqəladə hallarda mülki əhalinin müdafiəsinin yaxşılaşdırılmasına töhfə verməkdir. Həmçinin Aİ tərəfindən yerləşdirilən missiya da daxil olmaqla beynəlxalq hərbi missiya və əməliyyatlarda ölkənin gələcəkdə mümkün iştirakı halında Ermənistanın dayanıqlığını artırmaq və Silahlı Qüvvələrinin qarşılıqlı fəaliyyətini sürətləndirmək məqsədi daşıyır. Qərara əsasən, dəstək batalyon ölçülü bölmə üçün tamhüquqlu çadır şəhərciyini təmin edəcək.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Avropa Sülh Fondu” çərçivəsində Ermənistana hərbi yardım ilə bağlı bildirib ki, Fransa tərəfindən Ermənistanın “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları ilə təchiz edilməsi istiqamətdə atılan addımlardan sonra, Avropa İttifaqının Ermənistana hərbi yardım göndərməsi qərarı olduqca yanlış və təhlükəli addımdır və regionda gərginliyin artmasına xidmət edir.
Bəs Aİ-nin Ermənistana yardım paketinin arxasında hansı məqsədlər dayanır?
Mövzu ilə bağlı VI çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə və politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a danışıblar.
© Photo : Social media page of Aydın MirzəzadəAydın Mirzəzadə
Айдын Мирзазаде - Sputnik Azərbaycan, 1920, 23.07.2024
Aydın Mirzəzadə
VI çağırış Milli Məclisin deputatı Aydın Mirzəzadə deyir ki, Aİ-nin müəyyən rəsmi dairələrinin söylədikləri və fəaliyyətləri ziddiyyət təşkil edir:

"Onlar tərəfləri sülhə çağırsalar da, faktiki olaraq Ermənistanın militarist siyasətini gücləndirməyə çalışırlar. Avropa Sülh Fondunun ayırdığı yardımla qurumun daşıdığı ad bir-birinə ziddir. Bu Fondun fəaliyyəti şübhə doğurur. Nə səbəbdən onların fəaliyyəti sülhə çağırış, xalq diplomatiyasının inkişafına, humanitar fəaliyyətlərin icrasına deyil, snayper silahların alınmasına, sursatların istehsalına yönəlməlidir? Digər tərəfdən onlar Azərbaycanın Ermənistana sülh çağırışlarını nəzər almaq istəmirlər".

Aydın Mirzəzadə qeyd edib ki, Aİ strukturları sülhün yox, müharibənin, Ermənistanın şovinist dairələrinin yanında olmağı seçirlər:
"Bu Aİ-nin imicinə mənfi təsir edir. Azərbaycan bununla razılaşa bilməz. Azərbaycan beynəlxalq hüquq normaları əsasında suverenliyinin təmin olunmasını seçib, sülh yolu ilə addımlamağı seçib. Regionda gərginliyin azaldılmasında maraqlıyıq. Avropa İttifaqı bu mövqeyi müdafiə etməkdənsə, revanşistlərin yanında olmağı üstün tutur. Azərbaycan Aİ-nin bu mövqeyini qəbuledilməz sayır. Bu cür yardımlar sülh prosesini pozmaq mahiyyəti daşıyır. Sülh danışıqlarının pozulması, bütün regionun mənafeyinə ziyan vurur".
Politoloq İlyas Hüseynov isə məsələ ilə bağlı qeyd edib ki, Avropa Sülh Fondunun yardımı göstərir ki, əslində sülhün, təhlükəsizliyin, demokratiyanın, hüquq plüralizminin dəstəklənməsi naminə fəaliyyət göstərən şovinist dairələrinin yanında olmağı seçirlər:
"Adı və mahiyyəti ziddiyyət təşkilat edən bu fond eskalasiyaların maliyyələşməsində iştirak edir".
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
İlyas Hüseynov - Sputnik Azərbaycan, 1920, 23.07.2024
İlyas Hüseynov
Politoloq qeyd edir ki, Ermənistanda birgə yaşayışın təşviq edilməsindənsə, bu ölkə müdafiə qabiliyyətinin artırılması adı altında silahlandırılır:

"Ermənistanın müasir silahlara əlçatanlığı üçün işlər görülür. Bu isə Ermənistanda revanşizmin güclənməsinə gətirib çıxarır. Azərbaycanın buna susacağını düşünmək doğru olmaz, yəqin ki, bu addımlara cavab veriləcək. Azərbaycan Prezidenti 2-ci Şuşa Qlobal Media Forumunda Avropa Sülh Fondunun fəaliyyətinə diqqət çəkdi və onun işini neqativ qiymətləndirdi. Avropa Sülh Fondu kimi dırnaqarası sülh təşkilatları regionumuzda sülhü pozmaq naminə çalışırlar və bu da onların əsl mahiyyətini ortaya qoyur".

İlyas Hüseynov həmçinin xatırladıb ki, xüsusilə Avropa Mülki Missiyası Ermənistan ərazisinə yerləşdikdən sonra bu istiqamətdə işlər daha da güclənib:
"Cari ilin aprelin 5-də ABŞ-Aİ-Ermənistan görüşündən sonra bu cür yaxınlaşma hiss olunur. Bunun geopolitik səbəbləri var və burada Rusiya amili gözardı edilə bilməz. Ancaq müdafiə qabiliyyətinin artırılması adı altında Ermənistana yardımların edilməsi Azərbaycana qarşı yönəlib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0