https://sputnik.az/20240723/a-olkeleri-arasinda-en-elcatan-internet-qazaxistandadir-466195753.html
Aİİ ölkələri arasında ən əlçatan internet Qazaxıstandadır
Aİİ ölkələri arasında ən əlçatan internet Qazaxıstandadır
Sputnik Azərbaycan
Avrasiya İnkişaf Bankının hesabatına görə, Qazaxıstanda vətəndaşların 90,9%-nin internetə çıxışı var. Rusiyada bu göstərici 88,2%, Belarusda isə 86,9% təşkil... 23.07.2024, Sputnik Azərbaycan
2024-07-23T21:00+0400
2024-07-23T21:00+0400
2024-07-23T21:00+0400
iqtisadiyyat
şəbəkə
avadanlıq
internet
qazaxıstan
avrasiya iqtisadi ittifaqı
bank
avrasiya
belarus
rusiya
https://cdnn1.img.sputnik.az/img/42147/56/421475605_0:163:3061:1885_1920x0_80_0_0_3de5a1d53d8d0522e161224e192b5c28.jpg
BAKI, 23 iyul - Sputnik. Avrasiya İnkişaf Bankı (AİB) hesabatında Qazaxıstanda rəqəmsal xidmətlərin inkişaf tempini qeyd edib. Sənəddə Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər ölkələri ilə müqayisədə orada internetin əhalinin daha böyük faizi üçün əlçatan olduğu bildirilib. Bu barədə Kazinform xəbər yayıb.Məlumata görə, Qazaxıstanda vətəndaşların 90,9%-nin internetə çıxışı var. Rusiyada bu göstərici 88,2%, Belarusda isə 86,9% təşkil edir. Türkmənistan postsovet məkanında ən az internet istifadəçisinə malikdir – vətəndaşların cəmi 38,2%-i.Bununla yanaşı, Qazaxıstan internet sürətində nəzərəçarpacaq dərəcədə geridədir. Belə ki, bütün Aİİ ölkələri arasında bu göstəriciyə görə Qazaxıstan dördüncü yerdədir.Bununla belə, Qazaxıstanda e-hökumətin reytinqi regionun digər ölkələrindən daha yüksəkdir. Dünya cədvəlində Rusiyanı 14 xal qabaqlayaraq bu ölkə (42-ci mövqe) 28-ci yeri tutur. Sonrakı yerləri Ermənistan (64), Özbəkistan (69), Qırğızıstan (81), Belarus, Tacikistan (129) və Türkmənistan (137) tuturlar.Bank ekspertləri 2028-ci ilə qədər Mərkəzi Asiyada internetə girişin orta göstəricisinin 76% olacağını, istifadəçilərin sayının isə 11 milyon nəfər artacağını proqnozlaşdırırlar.Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti olan ən böyük iqtisadi birliklərdən biridir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42147/56/421475605_166:0:2897:2048_1920x0_80_0_0_b730f97a7aa56145e24bae5d81704ff8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
şəbəkə, avadanlıq, internet, qazaxıstan, avrasiya iqtisadi ittifaqı, bank, avrasiya, belarus, rusiya, türkmənistan
şəbəkə, avadanlıq, internet, qazaxıstan, avrasiya iqtisadi ittifaqı, bank, avrasiya, belarus, rusiya, türkmənistan
Aİİ ölkələri arasında ən əlçatan internet Qazaxıstandadır
Avrasiya İnkişaf Bankının hesabatına görə, Qazaxıstanda vətəndaşların 90,9%-nin internetə çıxışı var. Rusiyada bu göstərici 88,2%, Belarusda isə 86,9% təşkil edir.
BAKI, 23 iyul - Sputnik. Avrasiya İnkişaf Bankı (AİB) hesabatında Qazaxıstanda rəqəmsal xidmətlərin inkişaf tempini qeyd edib. Sənəddə Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər ölkələri ilə müqayisədə orada internetin əhalinin daha böyük faizi üçün əlçatan olduğu bildirilib. Bu barədə Kazinform xəbər yayıb.
Məlumata görə, Qazaxıstanda vətəndaşların 90,9%-nin internetə çıxışı var. Rusiyada bu göstərici 88,2%, Belarusda isə 86,9% təşkil edir. Türkmənistan postsovet məkanında ən az internet istifadəçisinə malikdir – vətəndaşların cəmi 38,2%-i.
Bununla yanaşı, Qazaxıstan internet sürətində nəzərəçarpacaq dərəcədə geridədir. Belə ki, bütün Aİİ ölkələri arasında bu göstəriciyə görə Qazaxıstan dördüncü yerdədir.
Bununla belə, Qazaxıstanda e-hökumətin reytinqi regionun digər ölkələrindən daha yüksəkdir. Dünya cədvəlində Rusiyanı 14 xal qabaqlayaraq bu ölkə (42-ci mövqe) 28-ci yeri tutur. Sonrakı yerləri Ermənistan (64), Özbəkistan (69), Qırğızıstan (81), Belarus, Tacikistan (129) və Türkmənistan (137) tuturlar.
Bank ekspertləri 2028-ci ilə qədər Mərkəzi Asiyada internetə girişin orta göstəricisinin 76% olacağını, istifadəçilərin sayının isə 11 milyon nəfər artacağını proqnozlaşdırırlar.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti olan ən böyük iqtisadi birliklərdən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.