https://sputnik.az/20240722/yap-in-deputatliga-namizedi-deyisdirilib-466161821.html
YAP-ın deputatlığa namizədi dəyişdirilib
YAP-ın deputatlığa namizədi dəyişdirilib
Sputnik Azərbaycan
Maniyeva Aygün Şaitdin qızının namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü... 22.07.2024, Sputnik Azərbaycan
2024-07-22T21:53+0400
2024-07-22T21:53+0400
2024-07-22T21:54+0400
yap
siyasət
yeni azərbaycan partiyası
parlament seçkiləri
növbədənkənar parlament seçkiləri
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462449935_0:156:3000:1844_1920x0_80_0_0_4001300a620dcff0d52ea1556bec8bba.jpg
BAKI, 22 iyul — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkiləri üçün irəli sürdüyü namizədlərin siyahısında dəyişiklik edib. YAP İdarə Heyətinin 17 iyul tarixli qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Maniyeva Aygün Şaitdin qızının adı siyahıdan çıxarılıb. YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsindən Piriyeva Pərvanə Əlövsəd qızı təmsil edəcək. Maniyeva Aygün Şaitdin qızının namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır. Qanunvericiliyin tələbinə əsasən, qızının deputatlığa namizəd olması üçün Şaitdin Əliyevin MSK üzvlüyündən istefa verməsi tələb olunurdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/02/07/462449935_167:0:2834:2000_1920x0_80_0_0_01397188b200055638108c9838b58499.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yap, yeni azərbaycan partiyası, parlament seçkiləri, növbədənkənar parlament seçkiləri
yap, yeni azərbaycan partiyası, parlament seçkiləri, növbədənkənar parlament seçkiləri
YAP-ın deputatlığa namizədi dəyişdirilib
21:53 22.07.2024 (Yenilənib: 21:54 22.07.2024) Maniyeva Aygün Şaitdin qızının namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır.
BAKI, 22 iyul — Sputnik. Yeni Azərbaycan Partiyası (YAP) növbədənkənar parlament seçkiləri üçün irəli sürdüyü namizədlərin siyahısında dəyişiklik edib.
YAP İdarə Heyətinin 17 iyul tarixli qərarı ilə namizədliyi 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Maniyeva Aygün Şaitdin qızının adı siyahıdan çıxarılıb. YAP-ı 12 saylı Xəzər birinci seçki dairəsindən Piriyeva Pərvanə Əlövsəd qızı təmsil edəcək.
Maniyeva Aygün Şaitdin qızının namizədliyindən imtina olunması onun atası, Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyevin Mərkəzi Seçki Komissiyasının üzvü olması ilə əlaqədardır.
Qanunvericiliyin tələbinə əsasən, qızının deputatlığa namizəd olması üçün Şaitdin Əliyevin MSK üzvlüyündən istefa verməsi tələb olunurdu.