DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Siyarto: Brüssel Macarıstanın Ukrayna ilə bağlı sülh təşəbbüsünü paxıllıqdan tənqid edir

© AP Photo / Denes ErdosPeter Siyarto, arxiv
Peter Siyarto, arxiv - Sputnik Azərbaycan, 1920, 22.07.2024
Abunə olmaq
İyulun 5-də nümayəndə heyəti ilə Moskvaya gələn Orban Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib.
BAKI, 22 iyul — Sputnik. Brüsseldə Macarıstanın Ukrayna ilə bağlı sülh təşəbbüsünü paxıllıqdan tənqid edirlər. Bunu Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib.
O, xarici işlər nazirləri şurasında özünə "siyasi gülləkeçirməz jilet" lazım olacağını qeyd edib.
Siyarto sosial şəbəkədə yazıb: "Brüsselin xarici əlaqələr bürokratiyası və bəzi Aİ-yə üzv dövlətlərin liderləri məyusluq, paxıllıq, səhv strategiyalarının ifşası səbəbindən artıq bir neçə həftədir ki, bizim dinc missiyamız haqqında danışırlar".
Onun sözlərinə görə, Orban Rusiya prezidenti Vladimir Putin, Çin sədri Si Cinpin və ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşlərinə görə tənqid edilsə də, İsveçrə xarici işlər naziri Rusiyanın xarici işlər naziri ilə görüşüb, ABŞ və Rusiya müdafiə nazirləri telefonla danışıb, o cümlədən Ukrayna prezidenti Zelenski prezident Trampla danışıb.
İyulun 5-də nümayəndə heyəti ilə Moskvaya gələn Orban Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib. O, Moskva səfərini iyulun 2-də Kiyevə səfərlə başlayan sülh missiyasının növbəti mərhələsi adlandırıb. Macarıstanın baş naziri yaxın vaxtlarda bir neçə belə gözlənilməz görüşlər keçirmək niyyətində olduğunu bildirib. O, daha sonra, Pekinə səfər edib və burada Macarıstanın Çinlə qarşıdurmanın əleyhinə olduğunu və Aİ ilə Çin arasında əməkdaşlığa tərəfdar olduğunu bildirib. Macarıstanın baş naziri Pekindən sonra NATO sammiti üçün Vaşinqtona gedib, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Daha sonra Floridadakı Mar-a-Laqo iqamətgahında ABŞ-ın keçmiş prezidenti Donald Trampla danışıqlar aparıb.
Çinə səfərindən sonra Orban bildirib ki, Ukrayna ətrafında yaranmış böhranı münaqişə tərəfləri həll etməlidir, lakin onun başa çatmasında ABŞ, Çin və Aİ həlledici təsirə malikdir. Daha sonra Macarıstanın baş naziri bütün Aİ liderlərinə Ukraynadakı münaqişənin vəziyyətin real qiymətləndirilməsinə, real məqsədlərə və müddətlərə əsaslanaraq həlli planını çatdırıb. Orban Avropa Şurasının prezidenti Şarl Mişelə səyahətləri ilə bağlı 10 bəndlik hesabat dərc edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Orban dialoq üçün siyasi iradəsini nümayiş etdirib, Moskva bunu çox müsbət və faydalı hesab edir. Avropa diplomatiyasının rəhbəri Josep Borrell bəyan edib ki, Orbanın Aİ-ni xarici arenada təmsil etmir və ölkəsinin altı ay müddətində Aİ Şurasının sədri olmasına baxmayaraq, Rusiya Federasiyasına səfər etmək üçün Avropa mandatı yoxdur. Orban Borrelin tənqidinə cavab olaraq deyib ki, Ukraynaya sülh gətirmək səyləri Brüssel bürokratlarının sərsəmləmələrinə görə uğursuzluğa düçar olub.
Xəbər lenti
0