DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saks: Bayden ABŞ-ı banan respublikasına çevirib

© AFP 2024 / SAUL LOEBCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.07.2024
Abunə olmaq
Bayden prezident yarışında iştirak etməkdən imtina edib və vitse-prezidenti Kamala Harrisi dəstəkləyib.
BAKI, 22 iyul — Sputnik. ABŞ Prezidenti Co Bayden öz dövlətindən "banan respublikası" yaradıb.
Belə bir bəyanatı X * sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) milyarder Devid Saks yayımlayıb.
Onun sözlərinə görə, Bayden qanunauyğun olaraq dövlət çevrilişinin qurbanı olub. Sahibkar əmindir ki, hazırkı prezident "devrilib".
Beləliklə də, lider öz sələfi Donald Trampın cinayət təqibinə görə cavab vermis olub. Saks hesab edir ki, Bayden öz hərəkətlərinə görə "tam cavab verib".
"Nə əkərsən, onu da biçərsən", - milyarder yazıb.
Daha əvvəl bildirilib ki, Bayden prezident yarışında iştirak etməkdən imtina edib və vitse-prezidenti Kamala Harrisi dəstəkləyib. Bununla yanaşı, o, lazım olan müddəti tamamlamaq niyyətindədir.
Xəbər lenti
0