https://sputnik.az/20240722/hereketde-olan-neqliyyat-vasitelerinde-tezliyin-avtomatik-tenzimlenmesi-bas-verecek-466163494.html
Hərəkətdə olan nəqliyyat vasitələrində tezliyin avtomatik tənzimlənməsi baş verəcək
Hərəkətdə olan nəqliyyat vasitələrində tezliyin avtomatik tənzimlənməsi baş verəcək
Sputnik Azərbaycan
Təkmilləşdirmə işləri nəticəsində milli radioların yayımının bütün ölkədə təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyi verilməsi mühüm... 22.07.2024, Sputnik Azərbaycan
2024-07-22T14:00+0400
2024-07-22T14:00+0400
2024-07-22T14:00+0400
nəqliyyat vasitəsi
cəmiyyət
hərəkət
təkmilləşdirmə
https://cdnn1.img.sputnik.az/img/42168/58/421685809_19:0:981:541_1920x0_80_0_0_a95b2c04efc9c06f53287e9cb50d2b60.jpg
BAKI, 22 iyul — Sputnik. Azərbaycanın radioyayım şəbəkəsində aparılan təkmilləşdirmə işlərinin yaxın aylarda tam yekunlaşdırılması planlaşdırılır. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkə Prezidentinin radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında 24 iyul 2023-cü il tarixli sərəncamının icra vəziyyəti ilə bağlı brifinqdə deyib. "Təkmilləşdirmə işləri nəticəsində milli radioların yayımının bütün ölkədə təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyi verilməsi mühüm məqamlardan biridir. Bu layihə çərçivəsində həm də yeni texnologiyaların tətbiqi nəzərdə tutulub. Qurulmaqda olan radio data sistemi sayəsində hərəkətdə olan nəqliyyat vasitələri bir bölgədən bigərinin ərazisinə keçdikdə tezliyin avtomatik tənzimlənməsi baş verəcək. Bu isə indiyə qədər mövcud olan tezliklərin dəyişməsi, radio siqnalların itməsi kimi problemi aradan qaldırmış olacaq. Görülən işlər nəticəsində nəzərdə tutulan stansiyaların böyük əksəriyyətində avadanlıqlar qurulub. Hazırda sınaq və texniki tənzimləmə işləri aparılır",- deyə o qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42168/58/421685809_140:0:861:541_1920x0_80_0_0_5c38da071349e3b4867e030b69d52c66.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nəqliyyat vasitəsi, hərəkət, təkmilləşdirmə
nəqliyyat vasitəsi, hərəkət, təkmilləşdirmə
Hərəkətdə olan nəqliyyat vasitələrində tezliyin avtomatik tənzimlənməsi baş verəcək
Təkmilləşdirmə işləri nəticəsində milli radioların yayımının bütün ölkədə təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyi verilməsi mühüm məqamlardan biridir.
BAKI, 22 iyul — Sputnik. Azərbaycanın radioyayım şəbəkəsində aparılan təkmilləşdirmə işlərinin yaxın aylarda tam yekunlaşdırılması planlaşdırılır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkə Prezidentinin radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında 24 iyul 2023-cü il tarixli sərəncamının icra vəziyyəti ilə bağlı brifinqdə deyib.
"Təkmilləşdirmə işləri nəticəsində milli radioların yayımının bütün ölkədə təmin olunması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyi verilməsi mühüm məqamlardan biridir. Bu layihə çərçivəsində həm də yeni texnologiyaların tətbiqi nəzərdə tutulub. Qurulmaqda olan radio data sistemi sayəsində hərəkətdə olan nəqliyyat vasitələri bir bölgədən bigərinin ərazisinə keçdikdə tezliyin avtomatik tənzimlənməsi baş verəcək. Bu isə indiyə qədər mövcud olan tezliklərin dəyişməsi, radio siqnalların itməsi kimi problemi aradan qaldırmış olacaq. Görülən işlər nəticəsində nəzərdə tutulan stansiyaların böyük əksəriyyətində avadanlıqlar qurulub. Hazırda sınaq və texniki tənzimləmə işləri aparılır",- deyə o qeyd edib.