https://sputnik.az/20240722/deniz-olub-ucbasli-ejdaha-hamini-bir-bir-udur---fhn-resmisi-sirleri-aciqladi-466151118.html
Dəniz olub üçbaşlı əjdaha, hamını bir-bir udur - FHN rəsmisi sirləri açıqladı
Dəniz olub üçbaşlı əjdaha, hamını bir-bir udur - FHN rəsmisi sirləri açıqladı
Sputnik Azərbaycan
Aqşin Əlili bildirib ki, zəlzələnin dənizdə hansısa təsirləri olub və bu, nəzarətsiz ərazilər üçün təhlükə deməkdir. 22.07.2024, Sputnik Azərbaycan
2024-07-22T09:33+0400
2024-07-22T09:33+0400
2024-07-22T12:09+0400
xəzər dənizi
cəmiyyət
fövqəladə
fövqəladə hallar nazirliyi
kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti
dövlət sularda xilasetmə xidməti
zəlzələ
çimərlik
vəhşi çimərlik
çimərlikdə batma
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427864885_0:320:3072:2048_1920x0_80_0_0_d07015b6dd8009bd7baa319ec2c0d3e9.jpg
BAKI, 22 iyul — Sputnik. Çimərlik mövsümü başlayandan artıq dənizdə bir neçə bədbəxt hadisə qeydə alınıb. Bakının Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə 3 nəfərin dənizdə batması, onlardan ikisinin bir ailənin üzvü olması cəmiyyəti sarsıdan xəbərlərdən oldu. Xəzərdə son günlər qeydə alınan boğulma hadisələrinin səbəbləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlilinin Sputnik Azərbaycan-a geniş müsahibəsini oxuculara təqdim edirik: -Aqşin müəllim, çimərlik mövsümündə dənizdə təhlükəsizlik məqsədilə hansı tədbirlər həyata keçirilib? -FHN tərəfindən hər çimərlik mövsümündə olduğu kimi bu mövsüm də zəruri təhlükəsizlik tədbirləri görülüb. Aprel ayından etibarən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə birgə çimərlik sahili boyu ərazilərində monitorinqlər keçirblər. Bu monitorinqlərin təşkil olunmasının məqsədi nəzarətsiz və təhlükəli çimərliklərin yerinin müəyyən edilməsi, çimərlik operatorlarına təhlükəsizlik qaydaları haqqında bildirişlərin təqdim olunması olub. Çünki, özəl çimərlik operatorları, yəni sahibləri öz ərazilərində təhlükəsizliyi təmin etməlidirlər. Bundan başqa Xidmətin nəzarət etdiyi çimərliklərdə, həmçinin İDEA İctimai Birliyinin dəstəyi ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb, sualtı təmizləmə işləri görülüb. Həmçinin çimərlikdə vətəndaşların təhlükəsizliyi üçün məlumatverici lövhələr quraşdırılıb. Xidmət iyun ayının 15-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu tədbirlərin nəticəsidir ki, iyun ayının 15-dən bu günə qədər 73 suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu da onu deməyə əsas verir ki, vətəndaşlar çimərlik seçimini düzgün etməlidirlər. Harada xilasedicilər var, o çimərliklərdən istifadə etsinlər. Çünki, suda boğulma hadisəsi olduqda vətəndaşın köməyinə xilasedici çatır və onu sudan çıxardaraq bu təhlükədən xilas edir. Ancaq nəzarətsiz qeyri-çimərlik ərazilərində bu tədbirlər həyata keçirilmir. Ona görə ki, ora çimərlik kimi müəyyən olunmayıb. Nəzarətiz yerlərdə FHN-nin xilasedici dəstələri yoxdur. Nəzərə almaq lazımdır ki, Xəzər dənizinin Azərbaycana aid olan sahil zolağının uzunluğu 955 km-dir. Bundan başqa çoxlu sayda çaylar, göllər, su anbarları var. Onların hamısını xilasedicilərlə təmin etmək mümkün deyil. Elə kəndlərimiz var ki, Kür çayı vətəndaşın həyətindən axır. Belə yerlərdə xilasetmə tədbirləri görmək mümkün deyil. Təəssüf ki, rayonlarda uşaqların su hövzələrindən istifadəsinə rast gəlinir. Bu isə onların həyatını təhlükəyə atır. Suvarma kanalları, bu su hövzələrindən istifadə edənlərin həyatı üçün təhlükə yaradır. Çünki, həmin suvarma kanallarında trapessiya formasında beton piltələr qoyulur. Bu suyun axınını sürətli olmasını təmin edir. Orada sürüşkən ot təbəqəsi əmələ gəlir. Hətta xilasedici oraya düşsə canlı qüvvə və xüsusi avadanlıq olmadan oradan çıxması qeyri-mümkündür. Amma uşaqlar o suvarma kanallarından çimmək üçün istifadə edirlər. Həmçinin götürək bölgələrdəki süni gölməçələri-onların relyefi bataqlaşmış relyefdən ibarətdir. O bataqlıq insanı özünə çəkir. Bəzən suya baş vurduqda zədələr alır. Suyun altını ancaq dalğıc müayinəsindən sonra bilmək olar. -Gəlin təhlükəli çimərlikləri əhaliyə açıqlayaq... -İnsanlar çimərlik seçimində diqqətli olsunlar. Əgər orada üzmə sərhədlərini müəyyən edən şarlar yoxdursa, ora girməsinlər. Ərazidə maarifləndirici lövhə, xilasedicilər yoxdursa, bu o ərazinin təhlükəli olduğunu göstərir. Əgər orada suda boğulma olduqda nazirliyin qaynar xətinə məlumat daxil olursa, biz dərhal axtarışlara başlasaq da, insanların xilas olması üçün saniyələr önəmlidir. 6 dəqiqəyə insan sudan çıxardılırsa, onu yaşaması 1 faizdir. Xəzər rayonu Şüvəlan qəsəbəsində "Mil-Qaya" və "Şimal Qres" adlanan ərazi çox təhlükəlidir. Ora ona görə təhükəlidir ki, qayalıqlarla zəngindir, qəfləti dərinliklər var. Qayalar özü zədələnmələr baxımdan təhlükəldiir. "Şimal Qres" də isə su elektrik stansiyası var. Orada su elektrik stansiyasının mühərriklərinin soyudulması üçün dəniz suyundan istifadə edilir. Sonra həmin su təkrar dənizə axıdılır. O hissədə təhlükəli sahə yaranır. Dənizlə kanalın birləşməsi nəticəsində axın və burulğan əmələ gəlir. Bilgəh ərazisində, "12-ci dalan" adlanan yerdə, Nardaranla Bilgəhin arasında yerləşən, camaat arasında "Rus çimərliyi" adlanan ərazidə şimal küləyindən sonra orada sualtı axınların sürəti artır, dənizə doğru axın baş verir. Torpağın dib hissəsi yuyulur və batma təhlükəsi yaranır. Qaradağ rayonunda "Mayak" çimərliklərində sualtı axınlar normadan artıqdır. Orada qayalıqlar olduğundan çimmək təhlükəlidir . Ləhiş bağlarında "Estekada", Goradil və Novxanı qəsəbələri arasında "Sarı Qaya" çimərlikləri də çimmək üçün təhlükəli ərazilər sayılır. Zirə qəsəbəsində iki qardaşın boğulması ilə nəticələnən ərazi Zirə limanına yaxın yerləşir. Limanlara iritonajlı gəmilərin oturumu üçün xüsusi qazma işləri aparılıb. Çünki, iritonajlı gəmilərin limana sərbəts yanalması üçün süni kanallar yaranır. Ona görə də ətrafda relyefdə dəyişikliklər aparılır. Belə yerlərdə çimmək təhlükə yaranır. -Söhbət Zirədə uşaqların batmasından düşmüşkən, övladları boğulan valideyn sosial platformalarda axtarışların aparılmadığından şikayətlənirdi. Bu iradlarla razısınızmı? -Hadisənin baş verdiyi ərazidən asılı olmayaraq FHN-nin dalğıcları, xilasetmə xidməti axtarışlara cəlb olunur. Axtrışlara hətta bəzən xüsusi riskli xilasetmə dəstəsinin dalğıc axtarış qrupu da cəlb olunur. Bəzən axtarışlar nəticə vermir, cəsəd suyun üzərinə çxır, dalğalar vasitəsilə sahilə gəlir. Bu təbii proseslər nəticəsində baş verir. Bu o demək deyil ki, axtarışlar aparılmır. Bəzən insan batdığı yerdən kilometrlərlə uzaqda axına düşərək gedir və oradan tapılır, yaxud da sonra dalğalar onun cəsədini sahilə gətirir. Bəzən vətəndaşlar tərəfindən belə fikirlər səslənsə də, bu doğru iradlar deyil. Buradan da biz çağırış edirik ki, vətəndaşların belə ərazilərdən uzaq dursunlar, övladlarını nəzarətsiz buraxmasınlar. -Aqşin müəllim, belə söz-söhbətlər də gəzir ki, zəlzələdən sonra dənizdə dərin çalalar yaranıb, bu mövsüm dənizdə batanların çox olmasının da səbəbi məhz bu amildir... -FHN-nin xidmət apardığı ərazilərdə çimərliklərdə suyun alt hissəsi öyrənilir. gündəlik baxış keçirilir. Ola bilər ki, zəlzələdən sonra hansısa təsirlər olsun, amma bunu mütəxəssislər dəqiq deyə bilər. Zəlzələdən sonra hansısa təsirlər olsa da, bu nəzarətsiz ərazilər üçün təhlükəlidir. Bizim tərəfimizdən belə təhlükə olduqda nişanlar qoyulur, vətəndaşlar həmin təhlükəli zonaya yaxınlaşdıqda xilasedicilər onları məlumatlandırır. -Bəs özəl çimərliklər təhlükəsizlik tədbirlərinə əməl edirmi? -Biz hər birində monitorinq keçirərək onlara təlimatlar vermişik. Bəziləri var ki, təhlükəsizik tədbirləri görüb, bəziləri görməyib. Bununla belə, bizim Xidmətin onlara qarşı tədbir görmək səlahiyyəti yoxdur. Sadəcə biz vətəndaşlara müraciət edirik ki, hətta özəl çimərlik olsa belə, görürlər ki, orada xilasedicilər yoxdur, ora getməsinlər. Bu zaman həmin çimərlik operatoru da məcbur olub təhlükəsizliyi təmin edəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427864885_341:0:3072:2048_1920x0_80_0_0_51e612519709f0b6f7d5f4f31ac7529c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəzər dənizi, fövqəladə, fövqəladə hallar nazirliyi, kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti, dövlət sularda xilasetmə xidməti, zəlzələ, çimərlik, vəhşi çimərlik, çimərlikdə batma
xəzər dənizi, fövqəladə, fövqəladə hallar nazirliyi, kiçikhəcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidməti, dövlət sularda xilasetmə xidməti, zəlzələ, çimərlik, vəhşi çimərlik, çimərlikdə batma
Dəniz olub üçbaşlı əjdaha, hamını bir-bir udur - FHN rəsmisi sirləri açıqladı
09:33 22.07.2024 (Yenilənib: 12:09 22.07.2024) Aqşin Əlili bildirib ki, zəlzələnin dənizdə hansısa təsirləri olub və bu, nəzarətsiz ərazilər üçün təhlükə deməkdir.
BAKI, 22 iyul — Sputnik. Çimərlik mövsümü başlayandan artıq dənizdə bir neçə bədbəxt hadisə qeydə alınıb. Bakının Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə 3 nəfərin dənizdə batması, onlardan ikisinin bir ailənin üzvü olması cəmiyyəti sarsıdan xəbərlərdən oldu. Xəzərdə son günlər qeydə alınan boğulma hadisələrinin səbəbləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlilinin Sputnik Azərbaycan-a geniş müsahibəsini oxuculara təqdim edirik:
-Aqşin müəllim, çimərlik mövsümündə dənizdə təhlükəsizlik məqsədilə hansı tədbirlər həyata keçirilib?
-FHN tərəfindən hər çimərlik mövsümündə olduğu kimi bu mövsüm də zəruri təhlükəsizlik tədbirləri görülüb. Aprel ayından etibarən Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə birgə çimərlik sahili boyu ərazilərində monitorinqlər keçirblər. Bu monitorinqlərin təşkil olunmasının məqsədi nəzarətsiz və təhlükəli çimərliklərin yerinin müəyyən edilməsi, çimərlik operatorlarına təhlükəsizlik qaydaları haqqında bildirişlərin təqdim olunması olub. Çünki, özəl çimərlik operatorları, yəni sahibləri öz ərazilərində təhlükəsizliyi təmin etməlidirlər.
Bundan başqa Xidmətin nəzarət etdiyi çimərliklərdə, həmçinin İDEA İctimai Birliyinin dəstəyi ilə yaradılmış ictimai çimərliklərdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb, sualtı təmizləmə işləri görülüb. Həmçinin çimərlikdə vətəndaşların təhlükəsizliyi üçün məlumatverici lövhələr quraşdırılıb. Xidmət iyun ayının 15-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bu tədbirlərin nəticəsidir ki, iyun ayının 15-dən bu günə qədər 73 suda boğulma təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Xidmətin nəzarət etdiyi çimərliklərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb. Bu da onu deməyə əsas verir ki, vətəndaşlar çimərlik seçimini düzgün etməlidirlər. Harada xilasedicilər var, o çimərliklərdən istifadə etsinlər. Çünki, suda boğulma hadisəsi olduqda vətəndaşın köməyinə xilasedici çatır və onu sudan çıxardaraq bu təhlükədən xilas edir. Ancaq nəzarətsiz qeyri-çimərlik ərazilərində bu tədbirlər həyata keçirilmir. Ona görə ki, ora çimərlik kimi müəyyən olunmayıb. Nəzarətiz yerlərdə FHN-nin xilasedici dəstələri yoxdur.
Nəzərə almaq lazımdır ki, Xəzər dənizinin Azərbaycana aid olan sahil zolağının uzunluğu 955 km-dir. Bundan başqa çoxlu sayda çaylar, göllər, su anbarları var. Onların hamısını xilasedicilərlə təmin etmək mümkün deyil. Elə kəndlərimiz var ki, Kür çayı vətəndaşın həyətindən axır. Belə yerlərdə xilasetmə tədbirləri görmək mümkün deyil. Təəssüf ki, rayonlarda uşaqların su hövzələrindən istifadəsinə rast gəlinir. Bu isə onların həyatını təhlükəyə atır.
Suvarma kanalları, bu su hövzələrindən istifadə edənlərin həyatı üçün təhlükə yaradır. Çünki, həmin suvarma kanallarında trapessiya formasında beton piltələr qoyulur. Bu suyun axınını sürətli olmasını təmin edir. Orada sürüşkən ot təbəqəsi əmələ gəlir. Hətta xilasedici oraya düşsə canlı qüvvə və xüsusi avadanlıq olmadan oradan çıxması qeyri-mümkündür. Amma uşaqlar o suvarma kanallarından çimmək üçün istifadə edirlər. Həmçinin götürək bölgələrdəki süni gölməçələri-onların relyefi bataqlaşmış relyefdən ibarətdir. O bataqlıq insanı özünə çəkir. Bəzən suya baş vurduqda zədələr alır. Suyun altını ancaq dalğıc müayinəsindən sonra bilmək olar.
-Gəlin təhlükəli çimərlikləri əhaliyə açıqlayaq...
-İnsanlar çimərlik seçimində diqqətli olsunlar. Əgər orada üzmə sərhədlərini müəyyən edən şarlar yoxdursa, ora girməsinlər. Ərazidə maarifləndirici lövhə, xilasedicilər yoxdursa, bu o ərazinin təhlükəli olduğunu göstərir. Əgər orada suda boğulma olduqda nazirliyin qaynar xətinə məlumat daxil olursa, biz dərhal axtarışlara başlasaq da, insanların xilas olması üçün saniyələr önəmlidir. 6 dəqiqəyə insan sudan çıxardılırsa, onu yaşaması 1 faizdir.
Xəzər rayonu Şüvəlan qəsəbəsində "Mil-Qaya" və "Şimal Qres" adlanan ərazi çox təhlükəlidir. Ora ona görə təhükəlidir ki, qayalıqlarla zəngindir, qəfləti dərinliklər var. Qayalar özü zədələnmələr baxımdan təhlükəldiir. "Şimal Qres" də isə su elektrik stansiyası var. Orada su elektrik stansiyasının mühərriklərinin soyudulması üçün dəniz suyundan istifadə edilir. Sonra həmin su təkrar dənizə axıdılır. O hissədə təhlükəli sahə yaranır. Dənizlə kanalın birləşməsi nəticəsində axın və burulğan əmələ gəlir.
Bilgəh ərazisində, "12-ci dalan" adlanan yerdə, Nardaranla Bilgəhin arasında yerləşən, camaat arasında "Rus çimərliyi" adlanan ərazidə şimal küləyindən sonra orada sualtı axınların sürəti artır, dənizə doğru axın baş verir. Torpağın dib hissəsi yuyulur və batma təhlükəsi yaranır. Qaradağ rayonunda "Mayak" çimərliklərində sualtı axınlar normadan artıqdır. Orada qayalıqlar olduğundan çimmək təhlükəlidir .
Ləhiş bağlarında "Estekada", Goradil və Novxanı qəsəbələri arasında "Sarı Qaya" çimərlikləri də çimmək üçün təhlükəli ərazilər sayılır. Zirə qəsəbəsində iki qardaşın boğulması ilə nəticələnən ərazi Zirə limanına yaxın yerləşir. Limanlara iritonajlı gəmilərin oturumu üçün xüsusi qazma işləri aparılıb. Çünki, iritonajlı gəmilərin limana sərbəts yanalması üçün süni kanallar yaranır. Ona görə də ətrafda relyefdə dəyişikliklər aparılır. Belə yerlərdə çimmək təhlükə yaranır.
-Söhbət Zirədə uşaqların batmasından düşmüşkən, övladları boğulan valideyn sosial platformalarda axtarışların aparılmadığından şikayətlənirdi. Bu iradlarla razısınızmı?
-Hadisənin baş verdiyi ərazidən asılı olmayaraq FHN-nin dalğıcları, xilasetmə xidməti axtarışlara cəlb olunur. Axtrışlara hətta bəzən xüsusi riskli xilasetmə dəstəsinin dalğıc axtarış qrupu da cəlb olunur. Bəzən axtarışlar nəticə vermir, cəsəd suyun üzərinə çxır, dalğalar vasitəsilə sahilə gəlir. Bu təbii proseslər nəticəsində baş verir. Bu o demək deyil ki, axtarışlar aparılmır. Bəzən insan batdığı yerdən kilometrlərlə uzaqda axına düşərək gedir və oradan tapılır, yaxud da sonra dalğalar onun cəsədini sahilə gətirir. Bəzən vətəndaşlar tərəfindən belə fikirlər səslənsə də, bu doğru iradlar deyil. Buradan da biz çağırış edirik ki, vətəndaşların belə ərazilərdən uzaq dursunlar, övladlarını nəzarətsiz buraxmasınlar.
-Aqşin müəllim, belə söz-söhbətlər də gəzir ki, zəlzələdən sonra dənizdə dərin çalalar yaranıb, bu mövsüm dənizdə batanların çox olmasının da səbəbi məhz bu amildir...
-FHN-nin xidmət apardığı ərazilərdə çimərliklərdə suyun alt hissəsi öyrənilir. gündəlik baxış keçirilir. Ola bilər ki, zəlzələdən sonra hansısa təsirlər olsun, amma bunu mütəxəssislər dəqiq deyə bilər. Zəlzələdən sonra hansısa təsirlər olsa da, bu nəzarətsiz ərazilər üçün təhlükəlidir. Bizim tərəfimizdən belə təhlükə olduqda nişanlar qoyulur, vətəndaşlar həmin təhlükəli zonaya yaxınlaşdıqda xilasedicilər onları məlumatlandırır.
-Bəs özəl çimərliklər təhlükəsizlik tədbirlərinə əməl edirmi?
-Biz hər birində monitorinq keçirərək onlara təlimatlar vermişik. Bəziləri var ki, təhlükəsizik tədbirləri görüb, bəziləri görməyib. Bununla belə, bizim Xidmətin onlara qarşı tədbir görmək səlahiyyəti yoxdur. Sadəcə biz vətəndaşlara müraciət edirik ki, hətta özəl çimərlik olsa belə, görürlər ki, orada xilasedicilər yoxdur, ora getməsinlər. Bu zaman həmin çimərlik operatoru da məcbur olub təhlükəsizliyi təmin edəcək.