CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il korrupsiya əməlinə görə 25 nəfər cinayət başında saxlanılıb

© iStock.com / vladansHəbs edilmiş adam, arxiv
Həbs edilmiş adam, arxiv - Sputnik Azərbaycan, 1920, 22.07.2024
Abunə olmaq
2024-cü ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanılıb.
BAKI, 22 iyul — Sputnik. İntihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb.
Bunu Baş Prokurorluqda keçirilən geniş Kollegiya İclasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, 2024-cü ilin birinci yarımili ərzində intihar və intihara cəhd hallarının sayı əhəmiyyətli dərəcədə azalıb:
"Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində intihar və intihara cəhd hallarının azalmasında müsbət tendensiya müşahidə edilməkdədir. 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalıb"-deyə Baş Prokuror qeyd edib.
Onun sözlərinə görə, 2024-cü ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanılıb.
"Keçirilmiş əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs bilavasitə cinayət başında yaxalanıb, habelə 4 nəfər axtarışda olan şəxs saxlanılıb", - Baş prokuror qeyd edib.
Xəbər lenti
0